Azərbaycan Prezidenti: Müharibə başa çatdıqdan sonra 200-dən çox şəxs mina hadisələri nəticəsində həlak olub və ya xəsarət alıb

Ərazilərimizin minalarla çirkləndirilməsi böyük problemlərdən biridir. Müharibə başa çatdıqdan sonra 200-dən çox hərbi və mülki şəxs, əfsuslar olsun ki, mina hadisələri nəticəsində ya həlak olub, ya da ciddi xəsarətlər alıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Minaların müharibə başa çatdıqdan sonra da ermənilər tərəfindən ərazilərimizdə yerləşdirildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: “Ötən il azərbaycanlı iki jurnalist Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində həlak olub”.

Həmin ərazilərin mianalardan təmizlənməsinin çox çətin və uzunmüddətli proses olduğunu vurğulayan dövlətimizin başçısı bunun üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının sayının artırıldığını, ən müasir avadanlığın, o cümlədən dronların alındığını deyib. Türkiyənin bir qrup mütəxəssisinin minatəmizləmə əməliyyatlarında iştirak etdiyini bildirən Prezident İlham Əliyev bu sahədə daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu diqqətə çatdırıb.

Xudaferin.eu

16:08