Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşərək həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, - deyə məlumatda qeyd edilib.

Xudaferin.eu

13:53