Azərbaycan musiqiçiləri Litvanın “Skamba skamba kankliai” festivalında iştirak ediblər

 

 

Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşlıq etdiyi “Vilnüs Etnik Mədəniyyət Mərkəzi”nin təşkilatçılığı ilə “Skamba skamba kankliai” folk musiqi festivalı keçirilib. Festivalda Litva, Estoniya, İsveçrə, Gürcüstan, Ukrayna, Belarus, İran və Azərbaycan musiqiçiləri iştirak ediblər.

Ölkəmizi bu festivalda Günay Mehdiyeva (xanəndə), Toğrul Orucov (kamança) və İsmayıl Zülfüqarovdan (tar) ibarət “Şuşa” folk musiqi qrupu təmsil edib. Həmyerlilərimiz müxtəlif Azərbaycan xalq mahnıları ilə bütün festival iştirakçılarında xüsusi maraq oyadıblar. “Şuşa” qrupu hətta yeganə musiqi qrupu olaraq milli televiziyanın “Sabahın xeyir, Litva!” canlı səhər proqramına dəvət edilib. Verilişdə qrup üzvləri Azərbaycan musiqisinin rəngarəngliyi, tarixi və qədim musiqi alətləri haqqında Litva ictimaiyyətinə geniş məlumat veriblər.

Xudaferin.eu
“Avropa Bürosu”

17:14