Azərbaycan “Multicultural Fusion” festivalında təmsil olunub

Kanadanın Yeni Şotlandiya əyalətinin Pictou şəhərində keçirilən “Multicultural Fusion” (“Multikultural birləşmə”) festivalında Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kanadada yaşayan soydaşımız, diasporumuzun fəalı Müşfiqə Quliyeva ölkəmizin zəngin mədəni irsi, adət-ənənələri və milli mətbəxi barədə iştirakçılara ətraflı məlumat verib.

Müxtəlif ölkələrin mədəniyyətlərini tanıdan festivalda Azərbaycanın zəngin mədəni irsi maraqla qarşılanıb.

Xudaferin.eu

13:54