Qurtarmadı torpağında qan-qada,
Gözəl yurdum, şirin gəldin hey yada,
Torpaqların qəsb edildi min adla,
Azərbaycan, mənim dərdli anam, oy,
Zaman keçir, sağılmayır yaran, oy.
Övladların pərən- pərən dünyada,
Almazlar, Cavidlər getdilər bada,
Elazığdan, Sibirdəb gəldi səda,
Qəriblikdə məzarları qalan, oy,
Zaman keçir, sağalmayır yaran, oy.
Məmməd Əmin, məzarı bizdən uzaq,
Hər fikrin, hər sözün yaddaşa yazaq,
Bir dəfə yüksəltdi, enmədi bayraq,
Millət, dövlət, Vətən üçün yanan, oy,
Zaman keçir, sağalmayır yaran, oy.
Gəl ey Vətən, səni basım bağrıma,
Sözümlə mən məlhəm olum ağrına,
Canım fəda millət, Vətən uğruna,
Düşündükcə qəlbim olur viran, oy,
Zaman keçir, sağalmayır yaran, oy.
AZƏRBAYCAN, MƏNİM DƏRDLİ ANAM, OY...
Almaz İldrımın şeirinə nəzirə.
Qurtarmadı torpağında qan-qada,
Gözəl yurdum, şirin gəldin hey yada,
Torpaqların qəsb edildi min adla,
Azərbaycan, mənim dərdli anam, oy,
Zaman keçir, sağılmayır yaran, oy.
Övladların pərən- pərən dünyada,
Almazlar, Cavidlər getdilər bada,
Elazığdan, Sibirdəb gəldi səda,
Qəriblikdə məzarları qalan, oy,
Zaman keçir, sağalmayır yaran, oy.
Məmməd Əmin, məzarı bizdən uzaq,
Hər fikrin, hər sözün yaddaşa yazaq,
Bir dəfə yüksəltdi, enmədi bayraq,
Millət, dövlət, Vətən üçün yanan, oy,
Zaman keçir, sağalmayır yaran, oy.
Gəl ey Vətən, səni basım bağrıma,
Sözümlə mən məlhəm olum ağrına,
Canım fəda millət, Vətən uğruna,
Düşündükcə qəlbim olur viran, oy,
Zaman keçir, sağalmayır yaran, oy.
Mafilə Müntəzir.
Xudaferin.eu
10:39