Azərbaycan Madriddə keçirilmiş XXIV həmrəylik yarmarkasında üç təşəkkürnaməyə layiq görülən yeganə ölkə olub
Madriddəki “İnterkontinental” otelində XXIV həmrəylik yarmarkası keçirilib. Beynəlxalq Diplomatik Korpus Assosiasiyası tərəfindən təşkil edilmiş və “Səfirliklər Kermesi” adı ilə məşhur olan bu tədbirdə diplomatik nümayəndəliklərin təmsilçiləri imkansız, xəstə və həyatda çətin vəziyyətə düşmüş insanlarla həmrəy olduqlarını bildirmək məqsədilə yarmarkaya gələnləri öz ölkəsinin mədəniyyəti, qastronomiyası və tətbiqi sənəti ilə tanış edirlər.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Diplomatik Korpus Assosiasiyasının Fəxri Prezidenti, İspaniyanın fəxri Kraliçası Ülyahəzrət Sofiya təbrik nitqi ilə çıxış edib.
Beşillik fasilədən sonra işini bərpa etmiş xeyriyyə yarmarkasında 40 ölkənin nümayəndələri iştirak ediblər. Yarmarka səxavətli İspaniya şirkətlərinin və beynəlxalq şirkətlərin, habelə diplomatik korpusun dəstəyi sayəsində yalnız könüllülər tərəfindən təşkil edilib.
Yarmarkada qiymətli hədiyyələr – müxtəlif ölkələrə putyovkalar, qiymətli əşyalar və xalq sənəti nümunələri lotereyası keçirilib. Məxsusi olaraq bu yarmarka üçün iştirakçı ölkələrin qastronomiyasına aid ən yaxşı reseptlər bir kitab halında nəşr edilib. Arzu edən hər kəs bu kitabı ala bilib.
Tədbirdə ölkəmizi Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), habelə təbii kosmetika istehsalı üzrə ixtisaslaşan “Gazelli Group” şirkəti təmsil edirdi. Respublikamızın bu yarmarkada fəal iştirakına görə onun xeyriyyəçilik fəaliyyəti xüsusi təşəkkürə layiq görülüb. Azərbaycan brendinin kosmetik məhsulları yarmarkada böyük maraq doğurub və İspaniya bazarına yol açıb. Beynəlxalq Diplomatik Korpus Assosiasiyasının rəhbəri Azərbaycan stendi ilə tanış olandan sonra Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənovu və onun xanımını Kraliça Sofiyaya təqdim edib. Kraliça da səfirliyin xeyriyyə fəaliyyətini yüksək qiymətləndirib.
Tədbir başa çatandan sonra Azərbaycan nümayəndələri üç təşəkkürnamə alıblar. Bu göstərici üzrə Azərbaycan yeganə ölkə olub. Səfir Ramiz Həsənovun adına ayrıca təşəkkürnamə göndərilib.
1984-cü ildə bir qrup diplomat və onların həyat yoldaşları tərəfindən təsis edilmiş Beynəlxalq Diplomatik Korpus Assosiasiyası xeyriyyəçilik fəaliyyəti ilə şöhrət qazanıb. Assosiasiya Ülyahəzrət Kraliça Sofiyanın fəxri sədrliyi ilə 23 diplomatik xeyriyyə bazarı və 15 qala-şam yeməyi təşkil edib.
Bu il yarmarkadan toplanmış vəsait Madrid Ərzaq Bankı tərəfindən xeyriyyə məqsədlərinə yönəldiləcək.

Xudaferin.eu
15:54
Digər xəbərlər