Azərbaycan ilk dəfə olaraq Dünya İnternet Konfransına qatılıb
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak edir.
Məlumata görə, konfrans Çin Xalq Respublikasının Vuzhen şəhərində keçirilir.
Fuad Muradov “Açıqlıq və ümumi fayda naminə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi” sahəsi üzrə “Azərbaycanda İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda əsas məruzəçilərdəndir.
Ümumilikdə tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq.
F.Muradov müzakirəyə çıxarılan məsələlərlə bağlı da öz fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə barədə məlumat verəcək.
Özünün "Tvitter" səhifəsində komitə sədri bildirib ki, bu böyük və olduqca əhəmiyyətli konfransda Azərbaycan ilk dəfədir ki, təmsil olunur. Konfransa 70 ölkədən nümayəndələr qatılıb.
Ölkəmizi 4-cü Dünya İnternet Konfransında təmsil edən komitə sədri dekabrın 6-da Vətənə dönəcək.//Trend

05:39
Digər xəbərlər