Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar birgə planlar nəzərdə tutulub

Qırğız Respublikasının xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tərəflər Qırğız Respublikasının Prezidenti Sadır Japarovun bu il aprelin 19-20-də Azərbaycan Respublikasına rəsmi səfərinin yekunlarına əsasən əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişini müzakirə ediblər. Tərəflər yaxın vaxtlarda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclasını keçirməyin vacib olduğunu qeyd ediblər.

Tərəflər ali və yüksək səviyyədə görüşlərə hazırlıq, o cümlədən müqavilə hüquqi bazanın möhkəmləndirilməsi aspektlərini müzakirə ediblər. Görüşdə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar birgə planlar nəzərdə tutulub.

Xudaferin.eu

15:54