Azərbaycan ilə Gürcüstanın əməkdaşlığı Avropa və dünya üçün xüsusi əhəmiyyət kəsb edir
Sirr deyil ki, bu gün strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan və Gürcüstan tarixi İpək Yolu üzərində yerləşir. Məhz bu səbəbdəndir ki, iki ölkə tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələri icra edilib. Bu da regiondan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasındakı münasibətlər çox dərin tarixi ənənələrə söykənir və dövlətlərarası əlaqələr də əsrlər boyu xalqlarımızın dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində qurulmuş əməkdaşlığı üzərində qurulub.
“Statistik göstəricilərə əsasən demək olar ki, Gürcüstan Azərbaycanın 8-ci xarici ticarət tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu 558 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon ABŞ dollarını ötüb. Eyni zamanda, Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu - 24 oktyabr tarixli səfəri ölkələr arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək”, - deyə Ramil Vəlibəyov vurğulayıb.
Azərbaycanın və Gürcüstanın birgə icra etdiyi layihələrin təkcə ölkələrimiz üçün deyil, bölgə və bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığını deyən YAP Nizami rayon təşkilatının sədri əlavə edib: “İstər karbohidrogen ehtiyatlarının nəqli, istərsə də mal daşınmalarında yüksək artımlar hər iki ölkənin inkişafına da müsbət təsir göstərəcək. Növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Həmçinin yeni elektrik enerjisi ilə bağlı layihələrin icrası nəticəsində Azərbaycan elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti də 5 milyon tona çatdırılacaq. Əlbəttə ki, bütün bu ixrac və nəql əməliyyatları Gürcüstandan keçir. Nəzərə alsaq ki, növbəti illərdə əsas vəzifə Avropaya ixracın genişləndirilməsidir, bu da Gürcüstanla Azərbaycanın digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklərinə mühüm şərait yaradır”.
Ramil Vəlibəyov vurğulayıb ki, Azərbaycan ilə Gürcüstanın əməkdaşlığı Avropa və dünya üçün xüsusi əhəmiyyət kəsb edir. Avropa qitəsinin, eləcə də Avrasiya geosiyasi coğrafiyasının sıx ticarət tələbatını, həmçinin dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyacını nəzərə alsaq, o zaman Gürcüstanla Azərbaycan bir cəbhədən hərəkət etməli, bir nöqtəyə vurmalı, nəqliyyat sahəsində sıx koordinasiya aparılmalı, birgə layihələr eyni vaxtda tamamlanmalıdır.

Xudaferin.eu
16:03
Digər xəbərlər