Azərbaycan ilə Gürcüstan dostluğuna həsr edilmiş növbəti konsert

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mərdəkan Mədəniyyət sarayında Azərbaycan ilə Gürcüstan dostluğuna həsr edilmiş növbəti konsert proqramı təqdim edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Azərbaycanı təmsil edən Mərdəkan Mədəniyyət sarayının “Lalələr” rəqs kollektivinin rəngarəng çıxışları, 4 nömrəli Uşaq İncəsənət məktəbinin “Nağaraçılar” instrumental ansamblının ifaları, “Məşəl” rəqs kollektivinin çıxışları tamaşaçılarda şən əhval-ruhiyyə yaradıb. Mərdəkan Mədəniyyət sarayının solisti Xədicə Əhmədovanın ifaları isə alqışlarla qarşılanıb.

Həmçinin, qardaş Gürcüstan dövlətini təmsil edən “Tbilisi”, “Tergi”, “Laprebi” rəqs kollektivlərinin rəngarəng çıxışları da maraqla izlənilib.

Sonda tədbir iştirakçıları diplomlarla təltif olunublar.

Xudaferin.eu


 

14:53