Azərbaycan FƏTÖ-dan təmizləndi: Gülənin Bakı qolu dibindən kəsildi

 

Hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti nəticəsində ABŞ-ın Pensilvaniya ştatında mənzillənmiş Fətullah Gülənin Bakıdakı şəbəkəsi demontaj olundu. Rəsmi Bakı Türkiyədə 15 iyul gecəsi dövlət çevrilişinə cəhd etmiş FƏTÖ-nun ölkəmizdəki qanadını məhv etdi.

 

Gülənin media, təhsil, sənaye, qida, tikinti sektorunda kök atmış budaqlarını və iqtidarın içərisinə sızmış missionerlərini tamamilə zərərsizləşdirdilər. Artıq ölkən gündəmindən çıxmış bu məsələ demək olar ki, həllini tapıb. Türkiyədə terrorçu şəbəkə elan olunmuş FƏTÖ Azərbaycandan çıxarılıb. Hakimiyyətin üst mərtəbəsində qərarlaşmış fətullahçı kadrların da deşifrə olunaraq işdən azad olunması və Azərbaycandan getməsi rəsmi Bakının bir terrorçu orduya qarşı ilk dəfə rəsmi səviyyədə mübarizəsiydi. Rəsmi Ankara da qardaş ölkənin dəstəyindən razı qaldı və təşəkkürünü bəyan etdi. Generalların əli ilə nurçuların çevriliş cəhdi uğursuz alındı və ardınca Bakıda fətullahçıların təmizlənməsinə başlandı. Gülən Azərbaycan hakimiyyətinə qarşı qəzəblidir. Pensilvaniyadakı hocanın projesi alt-üst olmaqla yanaşı Azərbaycan poliqonu əlindən çıxıb.
O, təkcə Türkiyədə deyil, Azərbaycanda da məğlub olub. İki ölkəni birdən itirən Gülənin Gürcüstandakı məktəblərin bağlanması ilə bu coğrafiyada bütün imkanları məhdudlaşır.

İki qardaş ölkə arasında vəhhabiliyə qarşı mücadilə də paralel gedir. Rəsmi Bakı Azərbaycandan Suriya və İraqa gedən ekstremistlərin saxlanaraq təhvil verilməsini xahiş edib. 2011-ci ildən ölkəmizdən Suriyada gedən müharibəyə qoşulan xeyli sayda azərbaycanlı var. Vəhhabilərin əksəriyyəti Türkiyə ərazisindən keçərək İŞİD və digər qanunsuz silahlı birləşmələrdə iştirak edib. Azərbaycanlı döyüşçülər arasında ölənlər də, savaşanlar da, ölkəyə qayıdaraq həbs edinlər də var.

Son zamanlarda xəvariclərin Suriyaya axın etməsi rəsmi dairələri narahat etməyə başlamışdı. Həm QMİ, həm dini komitə, həm hüquq-mühafizə orqanları birgə mübarizə üçün çırmanmışdı. Mənbənin qeydlərinə görə, Bakı-Ankara arasında əldə oluna sövdələşmədən sonra azərbaycanlı İŞİD-çilərin Suriyaya keçidi əngəllənib.

Politika.Az

 

08:37