Azərbaycan diasporunun ağır itkisi

İndicə Danimarkadan aldığım xəbərdən dəhşətə gəldim...

Avropada Azərbaycan diasporunun nadir simalarından biri, Vətən üçün misilsizdir xidmətləri olan, uzun illərdən bəri bütün dünyada Qarabağ həqiqətlərini yayilmağında yorulmadan mücadilə aparan, Danimarka "VƏTƏN" Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Səfər Sadiqi gözlənini həyata əbədi yummuşdu.

1957-ci ildə Bakıda anadan olan Səfər Sadiqi, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil almışdı.

Həmçinin Səfər Bəy "Ya Qarabağ, Ya Ölüm" Beynəlxalq Dostluq Qrupunun ən fəal üzvlərindən biri kimi Dünya azərbaycanlıları arasında böyük nüfuz sahibi idi.

Onun ölümü bütün millətimiz üçün böyük itkidir.

Bu ağır gündə Səfər Sadiqinin doğmalarının, dostların yanında olur, bütün millətimizə dərin hüznlə başsağlığı verir, Allah rəhmət etsin deyirəm.

Dərin hüzünlə əqidədaşı, dostu və qardaşı
Elman Mustafazadə

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru, "Ya Qarabağ, Ya Ölüm" Beynəlxalq WhatsApp Qrupunun admini.

Xudaferin.eu

11:56