Azərbaycan diasporu Moskvada “Ölməz alay” aksiyasında iştirak edib

Moskvadakı Azərbaycan diasporu Rusiya paytaxtında keçirilən “Ölməz alay” aksiyasında iştirak edib.

Xudaferin.eu xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi, bu ölkədəki Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Rusiyadakı Azərbaycan İcmasının nümayəndələri əllərində Azərbaycan bayraqları və Böyük Vətən müharibəsində iştirak etmiş həmvətənlərimizin şəkilləri ilə yürüşə qoşulublar.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin, İsrailin Baş naziri Binyamin Netanyahu, Serbiya Prezidenti Aleksandr Vuçiç də Moskvada “Ölməz alay” aksiyasında iştirak ediblər.

Rusiya Prezidenti Vladimir Putin müharibə veteranı olmuş atasının portreti ilə Qızıl meydanda aksiya iştirakçılarına qoşulub.

“Ölməz alay” aksiyası Rusiyada artıq 7-ci ildir keçirilir. Aksiya iştirakçıları mayın 9-da əllərində Böyük Vətən müharibəsində həlak olmuş qohumlarının portretləri ilə yürüşə çıxırlar. Bu il Moskvada bir milyon insanın yürüşə qoşulduğu bildirilir.

Xudaferin.eu


 

16:52