Azərbaycan diasporu Maqdeburqda “Demokratiya yolları”nda təmsil olunub

Almaniyanın Maqdeburq şəhərində “Demokratiya yolları” şüarı ilə ənənəvi aksiya keçirilib. Yerli bələdiyyənin təşkilatçılığı ilə keçirilən tədbirdə Maqdeburqda yaşayan müxtəlif xalqların cəmiyyətləri öz ölkələrinin mədəniyyətini, tarixini, coğrafiyasını nümayiş etdirən stendlər qurublar.

Hər il olduğu kimi, bu dəfə də Azərbaycanı Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə “Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti” təmsil edib. “20 Yanvar” hadisələrinin ildönümü ilə eyni vaxta təsadüf edən aksiya zamanı Cəmiyyətin sədri Yaşar Niftəliyev və təşkilatın üzvləri Nadya Paskova, Fuad Ağayev, həmçinin “Xocalı Soyqırımı”na dair kitabın müəllifi Rolf Kuns yerli sakinlərə Azərbaycan, xüsusilə 20 Yanvar hadisələri, Xocalı faciəsi, Qarabağ müharibəsi barədə danışıblar. Aksiya iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini, turizm imkanlarını əks etdirən kitablar, bukletlər hədiyyə edilib.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

11:17