Azərbaycan cüdoçusu Minskdə bürünc medal qazanıb

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatı keçirilir.

Xudaferin.eu xəbər verir ki, beynəlxalq turnirin ilk günündə cüdoçumuz medal qazanıb.

48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ayşə Qurbanlı Minsk turnirinin bürünc medalını qazanıb.

Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Leyla Əliyeva isə 5-ci olub.

Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunur.

Xudaferin.eu

15:10