Azərbaycan - Bolqarıstan əlaqələri müzakirə edildi - FOTOLAR

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində Bolqaristanın Azərbaycandaki müvəqqəti işlər vəkili, səfir əvəzi Yanko Yanakiyev və konsul Kiril Apostolovla görüş keçirilib.

Xudaferin.eu-nun məlumatına görə, BMAM sədri, politoloq Rufiz Qonaqov Azərbaycan-Bolqarıstan əlaqələrindən danışaraq, hər iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsi, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini diqqətə çatdırıb. Rufiz Qonaqov eyni zamanda ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olaraq, beynəlxalq aləmdə qazandığı uğurlarından danışıb.

Görüş üçün təşəkkürünu bildirən Bolqarıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Yanko Yanakiyev, iki ölkə arasındaki diplomatik, siyasi, iqtisadi, ticarət əlaqələrindən danışaraq, vətəndaş cəmiyyəti institutları arasında da bu əlaqələrin vacibliyini bildirib. Yanko Yanakiyev eyni zamanda, gələn ilin ilk altı ayının Bolqarıstanın Avropa Birliyinə rəhbərlik edəcəyini mühüm hadisə adlandırıb.

Görüşdə BMAM sədrinin xarici əlaqər üzrə müşaviri Ramin Səmədov, iqtisadi məsələlər üzrə müşaviri Nazim Süleymanov, baş məsləhətçi Esmira Həmzəbəyova, Bolqarıstanın Azərbaycandakı konsulu Kiril Apostolov iştirak edib.

Xudaferin.eu

 

18:01