Azərbaycan BMT-nin “Dayanıqlı inkişaf-2022” hesabatının nəticələrinə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb
Ölkədə həyata keçirilən uğurlu idarəçilik iqtisadi, sosial və ekoloji istiqamətlərdə müsbət və ciddi nəticələrə səbəb olmaqdadır. Bu günlərdə açıqlanan Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı inkişaf-2022” hesabatında da görünən mənzərə də məhz bu yöndədir. Belə ki, Azərbaycan 2030 Gündəliyinə nail olmaq istiqamətinə çoxsaylı səyləri və köklü islahatlarla hesabatda 5 pillə irəliləyərək 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb. Burada xüsusi bir məqama diqqət yetirməliyik ki, statistika dövlətlər tərəfindən yox, məhz BMT-nin aidiyyəti təsisatı tərəfindən araşdırmalara əsaslanaraq tərtib olunur və yalnız real nəticələrə söykənir. Builki nəticələr isə onu göstərir ki, ölkəmiz Çin, Qatar, Səudiyyə Ərəbistanı, Misir, Türkiyə kimi dövlətləri xeyli geridə qoya bilib. Müqayisə üçün qeyd edim ki, hesabatda qonşu dövlətlər - Gürcüstan 51-ci, Ermənistan 66-cı, Türkiyə 71-ci, İran 88-ci yerlərdə qərarlaşıb. Göstəriciləri bizə ən çox yaxınlaşan Orta Asiya dövləti Qazaxıstan isə 66-cı yerdədir. Ümumi formada ifadə etsək, Azərbaycan BMT-nin “Dayanıqlı inkişaf-2022” hesabatının nəticələrinə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Əlbəttə, Cənubi Qafqaz regionunda lider mövqeyinə yüksəldiyimiz statistik göstərici özlüyündə çox vacibdir, amma daha vacib olanı yoxsulluğun azaldılması, təmiz su və sanitariya, məsuliyyətli istehsal və istehlak, keyfiyyətli təhsil, dayanıqlı şəhərlər və icmalar, iqlim dəyişmələri ilə mübarizə və tərəfdaşlığın gücləndirilməsi sahələri üzrə ciddi irəliləyiş və nailiyyətlər şəklində ehtiva olunan bu uğurun təməlində dayanan iradədir ki, proseslərin məntiqi davamına nail olunsun. Bu iradə isə ölkəmizdə mövcuddur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan dayanıqlı inkişafın bir çox aspektlərini əhatə edən 17 məqsədi, 88 hədəfi və 119 göstəricini artıq prioritetləşdirib. Habelə, şəffaflığı təmin etmək üçün Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki Könüllü Milli Hesabat təqdim edən ölkə olub. Deməli, bu uğurun kökündə, ilk növbədə, ciddi siyasi iradə dayanır.
İkincisi, Azərbaycan Konstitusiyasına əsasən ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək ali niyyət kimi bəyan olunub, o cümlədən, vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi həm də ana qanunumuzla dövlətin ali məqsədlərindən biridir. Dayanıqlı inkişaf məqsədləri də məhz bu niyyət və məqsədlə, habelə mövcud siyasi prioritetlərlə üst-üstə düşdüyü üçün Azərbaycan bu uğurlu göstəriciyə nail ola bilib”, -deyə deputat bildirib.
O qeyd edib ki, digər tərəfdən, Vətən müharibəsindən, xüsusən də 30 illik işğala son qoyulmasından sonra yaranan yeni reallıq Azərbaycanın BMT-nin inkişaf məqsədlərinə doğru fəaliyyətini daha qabarıq formada üzə çıxardı. Xüsusən işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa prosesi, mədəni irsə həssas yanaşma, dayanıqlı məskunlaşma üçün sosial, iqtisadi tədbirlər, əhalinin sosial rifahının, təhlükəsiz və layiqli yaşayış şəraitinin təmini üçün ardıcıl addımlar, əslində, dayanıqlı inkişafın məqsədlərinə doğru irəliləmək deməkdir. Habelə, Ermənistanın mina xəritələrini gizlətməsi fonunda minalanmış min hektarlarla ərazidə partlayış təhlükəsinin hələ də qalması, Azərbaycanın Livan ölçüdə bir ərazini qarış-qarış minadan təmizləməsi istiqamətində gərgin fəaliyyət ümumbəşəri məqsədlərə doğru Azərbaycanın israrla yol aldığını göstərir.
“Eyni zamanda, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in məzmunu da faktiki olaraq BMT-nin dayanıqlı İnkişaf məqsədləri ilə üst-üstə düşür. Xüsusən beşinci milli prioritet kimi təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmaq niyyəti bəyan etməklə Azərbaycan Prezidenti bir prioritetlə DİM-in iki, 6 və 13-cü məqsədlərini tam əhatələyib.
Bütövlükdə isə hesabatın ən mühüm tərəfi siyasi əhəmiyyəti ilə bağlıdır. Statistika göstərir ki, Azərbaycan postmüharibə dövründə bölgədə sülh və təhlükəsizliyin qarantına çevrilmiş hərbi siyasi güc olmaqla bərabər, həm də bölgə dövlətlərini və xalqları üçün də inkişaf lokomotivi rolunu oynamaqdadır”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Xudaferin.eu
16:21
Digər xəbərlər