Azərbaycan bank sektorunun məcmu aktivləri 2017-ci il oktyabrın 1-nə 26 163,6 mln. manat təşkil edib ki, bu da sentyabrın 1-i ilə müqayisədə 3 328,1 mln. manat və yaxud 11,3% azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına xəbər verib.
İlin əvvəlinə nisbətən isə bank aktivləri 16,8% azalıb. Bankların aktivlərinin 45,7%-ni və yaxud 11 966,9 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin ilk 9 ayında bankların kredit portfeli 24,9% daralıb. Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,6% azalaraq 23,145 mlrd. manat, o cümlədən depozit portfeli 6,4% artaraq 15 362,4 mln. manat olub. Bunun 6 999,5 mln. manatını fiziki şəxslərin depozitləri, 8 362,9 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əmanətlər 5,8%, şirkətlərin vəsaitləri isə 6,85% azalıb. Yanvar-sentyabr aylarında bankların Mərkəzi Bank qarşısında öhdəlikləri isə 63,3% azalaraq 570,8 mln. manata düşüb. Hesabat dövründə kredit təşkilatlarının balans kapitalı 58,1% artaraq 3 018,6 mln. manata çatıb.
Azərbaycan banklarının aktivləri kəskin azalıb

Azadliq.info
10:05
Digər xəbərlər