Azər türkcəsi bəzilərində allergiya yaradır...

Bu gün fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günüdür.

Ölməz şairimiz Bəxtiyar Vahabzadə Ana Dili ilə bağlı deyirdi:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Azərbaycanda yaşayan bütün xalqların öz ana dilləri var və sərbəst şəkildə bu dilindən istifadə edirlər. Azərbaycanda heç bir dinə və dilə məhduyyət yoxdur.

Lakin və ...

Hər bir millət öz adı ilə yanaşı milli mənsubiyyəti də sənədlərdə rəsmən qeyd edildiyi halda, hələdə bizim ana dilimizə yuxarıdan aşağı baxanlar var.

Azərbaycanda talış özünə talış, tat özün tat, ləzgi, yəhudi, rus və digər xalqlar öz adları ilə rəsmi olaraq çağrıla bilər, yalnız azər türkü öz adıyla nə yazıla bilməz, nə də çağrıla bilməz.

Axı niyə? Biraz səbr elə...

30 ildən çoxdur müstəqil olsaq da, hələ də milli mənsubiyyətimizin və Ana Dilimizin adını rəsmiləşdirə bilmirik. Rus dili ilə yanaşı Rusiya hakimiyyəti də hələ də Azərbaycanda at oynatmaqdadır...

Azərbaycanda özümüzə türk, dilimizə türk dili, rəsmi dairələrdə isə "Xanımlar və Bəylər" deyə müraciət etmək bizə qadağandır.

Çünki içimizdə rus sevdalılarla yanaşı, rus qorxusu sindromu var. Bu baxımdan "Bəy" müraciət formasını bizdə rəsmi dairələrdə qadağandır. Hətta "Xanım" müraciət formasını da "Bibi, Xala, Bacı, Əmiqizi, Xalaqızı" ilə əvəz eləmişik.

Dovlət rəsmiləri isə xitabət kürsüsündən müraciət formasını da ruslarda "Damı i Qospoda" olduğu kimi biz də onları yamsılıyaraq "Xanımlar və Cənablar" deyə müraciət edirlər.

Çox təssüflər olsun ki, hətta belə müraciət formasını Avropada diaspor fəllarından tələb edirlər. Ona görəki biz hələ də rusbaşıq...

Rusiyada nə pis əməl varsa hamısı dərhal bizdə həyata keçirilir, lakin rusların kino, teatr, opera, balatetindən savayı... Bizdə müstəqillik dövrü bunlar hamısı rəhmətə getdi, əvəzində yaxşı rusca danışırıq...

Son günlər bəzi mankurt "ziyalılar" Azərbaycan türkcəsini aşağlayır, rus dilini az qala gözümüzə soxurlar...

Ömrünün yarısından çoxunu Avropa ölkələrində keçirən fəal bir soydaşınız kimi, tam məsuliyyətlə deyirəm. Bu qərib diyarı şəhərbəşəhər, kəndbəkənd gəzən bir diaspor aktivi kimi bəyan edirəm:

"Bu günə kimi dünyanın heç bir ölkəsində Azərbaycanda rus məktəbi bitirib hansısa olkənin elm sahəsində fəaliyyət göstərən bir nəfər olsun belə soydaşıma rast gəlmədim. Ancaq Azərbaycan məktəblərini bitirən soydaşımız dünyan ölkələrinin demək olarkı hər bir sahəsində uğurla fəaliyyət göstərirlər. "

Bu yalnız Azərbaycanda rus məktəblərində təhsil alan azərbaycanlılara aiddir, qürbətdə doğulub böyüyən və yerli dillərdə təhsil alan soydaşlara şamil edilmir.

Sozümün sonunu dilimizə xor baxan, onu lağlağı həfəfinə çevirən ünsürlərə yenə dahi şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə cavab verirəm:

Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

Elman Mustafazadə

Xudaferin.eu

10:19