Aytən Hüseynəliyeva: Təbii sərvətlərimizin qanunsuz istismarı region üçün də böyük ekoloji fəlakətə səbəb ola bilər
Biz aksiyamızı böyük əzmlə davam etdiririk. Artıq dördüncü gündür. Tələbimiz isə Azərbaycanın suveren ərazisində təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması, monitorinq qrupumuzun, ekoloqlarımızın həmin ərazilərdə öz işlərinin davam etdirilməsinə şərait yaradılmasıdır. Bunun üçün aksiyamızı yorulmadan, gecə-gündüz, hava şəraitindən asılı olmayaraq davam etdirəcəyik.
Bu fikirləri AZƏRTAC-ın Şuşaya ezam olunmuş müxbirinə müsahibəsində ekokönüllü Aytən Hüseynəliyeva deyib.
“Ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı təkcə Azərbaycan üçün yox, region üçün də böyük ekoloji fəlakətə səbəb ola bilər. Biz gənclər olaraq, öz tələbimizi durmadan səsləndiririk, məqsədimizə nail olmağa çalışırıq. Eyni zamanda, mülki maşınların dəhlizdən keçməsinə də şərait yaradırıq. Amma təbii sərvətlərimizin qanunsuz daşınmasına heç bir halda imkan verməyəcəyik”, - deyə A.Hüseynəliyeva əlavə edib.

Xudaferin.eu
16:55
Digər xəbərlər