AYSBERQİN GÖRÜNMƏYƏN TƏRƏFİ DAHA ÇOXDUR .....

Son günlər vətənpərvər dostlarımız sosial şəbəkələrdə durmadan yazırlar ki :
"Qazaxstan, Özbəkstan, Qırgızstan və Türkmənstan
12 milyard Avro
müqabilində Türkiyəni Avropa Birliyinə satdı.
BMT-nın 541 ve 550 sayılı qararlarına əsasən Türkiyəni KİPR-də "işgalci" kimi tanıdı.
Realllqda isə vəziyyət başqadır.
Siyasətlə ciddi məşğul olanlar bilirlər ki , BMT-nın qəbul etdiyi qərarların çoxu zəif dövlətləri qorxuzmaq üçündür.
Əslində özünə güvənən dövlətlər bu qərarları saya almırlar.
BMT-nin qəraraları saya alınsaydı, Fələstin çoxdan müstəqil dövlət elan olunmuşdu. Ermənilər də Böyuk Güclərin [ ABŞ , FRANSA , RUSİYA ] arxayın olub, torpaqlarımızı 30 il işğal altında saxlamazdı.
BMT Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə 822 , 853, 874 və 884 saylı 4 (dörd) QƏTNAMƏ qəbul etmişdi.
Qətnamələr bölgədəki hərbi əməliyyatlara son verməyi və erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını TƏLƏB edirdi.
ABŞ 2002-ci ildə Əfqanıstanı , 2003-cü ildə isə İraqı dağıtdı. BMT susdu.
2008-ci ilin avqust ayında Rusiya qoşunları Gürcüstana hücum edərək Abxaziyanı işğal etdi.
Serbiya Qərb dövlətləri tərəfindən bombalandı. Bu XXl əsrdə Avropanın mərkəzində baş vermiş ilk silahll insident idi. Lakin Avropa və bütün dünya yenə susdu. Rusiya Ukraynanın [ Krım , Zaparojye , Donetsk, Luqansk və Xerson ] ərazilərini işğal etdi.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra ; işğal olunmuş vilayətlərin Rusiyaya birləşdirilməsi haqqında Referendum keçirildi. Bu Referendumlar beynəlxalq hüquqa görə qeyri-qanuni hesab olundu və Birləşmiş Millətlər Təşkilatı tərəfindən qətiyyətlə pislənildi.
Lakin BMT-nın bu qərarları da havada qaldı.
Ukraynanın Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri azad olunmadı.
Bu ərazilərin işğaldan azad olunması ; ukraynalıların iradəsinə və hadisələrin gedişinə qalıb.
İndi də Tramp Qrenlandiya, Kanada və Panamanı işğalla hədələyir.
Mərkəzi Asiyanın Türk dövlətlərinin başında duranlar bu həqiqətləri bilirlər.
Onlar real siyasətlə məşğuldurlar.
Mərkəzi Asiyada yerləşən Türk dövlətləri
12 nilyard investisiya alıb, Avropa Birliyi ilə NƏHƏNG İQTİSADİ -TİCARİ LAYİHƏLƏRİ həyata keçirməyə hazırlaşırlar.
Narahat olmayın !
Onların hamısı kontrol altındadırlar.
Yoldan azanları Əfqanıstanda və Suriyada öz gücünü göstərən Türküstan İslam Hərəkatı sorğuya çəkəcək !!!

Müəllif : Qəvami Sadıqbəyli, Jurnalist-politoloq.

Xudaferin.eu

17:33