AY HİCABŞÜVƏNLƏR! BƏS SİZİN ƏDALƏTİNİZ, ETİRAZINIZ HARADADIR?!

Baxın, bu körpə qızcığazı Kələm Papaq bir qoca oğraşa ərə verirlər, bəs niyə buna etiraz etmirsiniz?! Məsum bir uşağın uşaqlığını əlindən alan bu zülmə niyə səsiniz çıxmır?!

Bakıda bir çox metro stansiyasının ətrafında azyaşlı uşaqlar dilənçiliyə cəlb olunur, istismar edilirlər. Bəs hanı sizin insanlığınız, hanı mərhəmətiniz, ey əhli-müsəlman?! Niyə ona etiraz eləmirsiniz?

Avropada «kafir» adlandırdığınız insanlar imkansız ailələrə ərzaq yardımı edir, ehtiyacı olanlara pulsuz yemək verir, kilsələrdə gecələmək üçün yer ayırırlar. 

Bəs Azərbaycanda neçə məscidin qapısı evsiz-eşiksiz, ac və kimsəsiz insanın üzünə açıqdır? Neçə məsciddə imkansız bir insan pulsuz yemək yeyib gecələyə bilər? Bəlkə mən bilirəm. Lütfən bilən desin...

Bakıda məscidləri "mərasim evi" adı altında yemək-içmək sarayına çeviriblər - təkcə arağı çatışmır. Bəs bu ciddi məsələlərdə niyə susursunuz?

Məkkədə iki evli gəncin öpüşməsinə görə qılıncla başkarın toyuq başı kimi üzdülər, bütün "kafər dünyası" buna etiraz elədi, amma siz müsəlmanlar susdunuz. 

Özünüz çarşabın altında nələr baş verdiyini qəşəng bildiyiniz halda, özünüzü görməməzliyə vurursunuz..

Əfqanıstanda, İranda, İraqda uşaqlara qarşı cinsi zorakılıq və pedofiliya ilə bağlı xəbərlər beynəlxalq təşkilatların gündəmdədir. Bəs niyə uşaqların müdafiəsi üçün eyni qətiyyətlə danışmırsınız?!

Amma Bakıda 10–15 məktəbli uşağın hicab məsələsin ortaya atıb  hay-küy qoparıb hicabşüvən salmısınız!

Uşaqların təhsil hüququnu, gələcəyini, onlara dövlətin verməli olduğu müavinət məsələsin qaldırmaq əvəzinə, hicab deyib üzünüzü cırırsınız. 

Halbuki uşaqlarımızın əmniyyət icində sağlam, savadlı böyüməsi üçün çalışmaq əvəzinə, bəzi düşmən dövlətlərin təhriki ilə körpə balaları dini pərdə altında atmisınız siyasi oyunlara.

Mənim etirazım dinə qarşı deyil, ikili standartlara, ikiüzlülüyə, uşaqların istismarına və din pərdəsi altında əsil haqqın-ədalətin unudulmasına qarşıdır!

Əgər din mərhəmətdirsə, mərhəmətiniz yalnız özünüzə sərf edən məsələlərdə görünməməlidir? 

Əgər din ədalətdirsə, ədalətiniz hanı? Bəlkə dini siyasətə çevirib bu milləti Türkiyənin cahil zehniyyətinə çevirmək fikrindəsiniz?

 "Əlhəmdülillah", "Bismillah" deyə-deyə bu millətin anasın ağlar günə qoymaq istəyirsiniz?

BACARMAZINIZ!!!

Bu dövləti Ulularımız, Qurucu Babalarımız,   yüzminlərlə şəhid qanı bahasına qurublar kı, 10,15 dilqır gəlib bizi İrana, Əfqanıstana çevirsin??

Onu bacarmazsınız!

Din pərdəsi altında bu millətin heysiyyəti ilə oynamayın!!!

And olsun şəhidlərin ruhuna, sizi bu millət bir gecənin içində süpürüb  dənizə tökərlər!!!

Azərbaycanda həmişə bütün dinlər azad olub. Heç bir din digərindən üstün deyil. İstəyirsən dindar ol, İstəyirsən ateist ol. Qanun hamı üçün eynidir. 

Bu ölkədə heç kim xüsusi statusa malik deyil. Hamımız Azərbaycan Respublikasının Vətəndaşıyıq! Qanun qarşısında hamımız eyni məsuliyyəti daşıyırıq. 

Doğrudan da həqiqətən uşaqları qorumaq istəyirsinizsə, uşaqların dərdi-səri hicab məsələsi deyil, uşaqların fiziki istismara, zorakılığa, yoxsulluğa qarşı çıxın. 

Təhsildə rüşbətə, cüzi maaşla şagird önünə nimdaş paltarla, yarı qarnı ac, yarı qarnı tox çıxan müəllimlərin də haqqını tələb edin. Müəllimləri seçkilərdə saxtakarlığa məcbur edənlərə etiraz edin. Onda deyərdilər görün bizim dindarlar necə haqq-ədalət carçılarıdırlar?!..

Yoxsa sizin etirazınızın adı ədalət deyil, sadəlövhcəsinə düşmən ölkələrin Kələm Papaq mölllalarının alətinə çevrilməkdir...

Elman Mustafazade

Xudaferin.eu

14:33