AXTARDIĞIM MƏNİ TAPDIM.

 

Axtardığım məni tapdım,
Demə, içimdə gizlənir.
Zaman- zaman sözə dönüb,
Könül evimdə səslənir.

Dedim, çox gəzmişəm səni,
Dünya boyda  böyük evdə.
Sən isə gizlənmisənmiş,
Daşıdığım kiçik qəlbdə.

İndi mənim dostum da sən,
Sirdaşım da, ruhdaşım da.
Nə yaxşı ki, gec də olsa,
Səni tapdım bu yaşımda.
                     

Mafilə Müntəzir.
Xudaferin.eu

10:41