Avropanın mərkəzində böyük yürüş

 

160 mindən çox adam küçələrə axışdı
 

Yürüş iştirakçıları ölkə hakimiyyətindən ən azı 16 min qaçqına sığınanacaq verməyi tələb edib. İspaniyanın Barselona şəhərində 160 mindən çox vətəndaş qaçqınlara dəstək aksiyası keçirib.

İnsanları küçələrə çıxaraq, aksiya keçirməyə Kataloniya paytaxtının meri Ada Kolau çağırıb. Aksiya iştirakçıları “Biz onlara sığınacaq verəcəyik”, “Bəhanə gətirməyin, onları buraxın” kimi şüarlar səsləndiriblər.

Yürüş Aralıq dənizinin sahillərində yekunlaşıb. Bu ərazi həm də simvolik məna daşıyır. Təxminən, 5 mindən çox miqrant Aralıq dənizini üzüb keçməyə çalışarkən həlak olub.

Xudaferin.eu
“Avropa Bürosu”

 

10:52