Avropadakı Türklər meydanlarda terroru lənətləyəcəklər

Avropada yaşayan Türklər terroru lənətləmək və demokratiyaya dəstək olmaq üçün şənbə günü meydanlarda toplaşacaqlar. Türkiyənin ünvanına yağdırılan tənqidlər Avropadakı Türkləri hərəkətə gətirdi. Türk qeyri-hökumət təşkilatları bir araya gələrək "Terrora Lənət, Demokratiyaya Dəvət" adı altında birgə aksiya keçirmək qərarını verdilər. Həmin mitinqlər Fransa, İngiltərə, Almaniya, İsveç, Norveç, Belçika, Avstriya, Hollandiya, İspaniya, Portuqaliya, Şotlandiya, İrlandiya, İslandiya, İtaliya və digər ölkələrdə həyata keçiriləcəkdir.

Elan plakatlarında "PKK =PYD=YPG=DEAŞ= FETÖ" yazılan mitinqlər şənbə günü Almaniya, Belçika və Hollandiyada keçiriləcək. Qeyd edək ki, mitinqlərdən əvvəl verilən açıqlamalarda:"Avropada yaşayan Türklər həqiqətlərlə əlaqəsi olmayan tənqidlər və terrora verilən dəstəyə görə hiddətləniblər. Bu səbəbdən bu an həqiqətən belə bir reaksiyaya, belə bir aksiyaya ehtiyac var" deyilir.

Xudaferin.eu

11:39