Avropada irqçi meyllərin güclənməsi elmi tədqiqatların predmetinə çevrilib

Avropada sürətlə artan irqçilik, bunun səbəbləri və bu barədə görülə biləcək tədbirlər araşdırılır. Almaniya, İngiltərə, Hollandiya da daxil olmaqla, Avropa miqyasında bir çox ölkədə son illərdə ifrat sağ siyasət yürüdən partiya və hərəkatlar meydana çıxıb. Bu hərəkatlar son zamanlar müsəlman miqrant əleyhdarlığı məsələsi ilə gündəm yaradaraq özlərinə tərəfdar toplamağa çalışırlar. Almaniyada yaradılan Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar  qrupu (PEGIDA) da bu ifrat sağ, hətta irqçi ritorikası ilə diqqət çəkir.

Tədqiqatçılar və alimlər isə Avropada artan rasizmi və onun səbəblərini araşdırmağa davam edirlər. İslamofobiya mövzusunda tədqiqat aparan elm adamları Anadolu Xəbər Agentliyinə müsahibə verərək, Avropada sürətlə yüksələn irqçiliyi, onun səbəblərini və bu istiqamətdə görülə biləcək tədbirləri dəyərləndirdilər. Qətər Universitetinin dosenti Peter Polak Springer Avropada son bir neçə il ərzində islamofobiyanın artmasına təsir edən müxtəlif faktorlarun olduğunu bildirdi.
Qaçqın axınının islamofofiyanı daha da qızışdırdığına, on minlərlə qaçqın sərhədlərə toplaşdığında Avropanın gerçək üzünün ortaya çıxdığına diqqət çəkən Springer: "Avropa mediası irqçi xəbərləri, məlumatları dərc etdirdikcə, həmin məlumatları şişirdilmiş şəkildə təqdim edərək birtərəfli mövqe tutduqca, cəmiyyətlərdəki islamofobik meyllər artacaq" dedi.
Almaniyanın Oldenburg Universitetinin müəllim Dr. Elena Lukinykh isə Avropadakı populyar siyasi partiyaların İslam əleyhdarlığını siyasi çəkişmə mövzusuna çevirərək gərginliyi daha da yüksəltdiklərini söylədi. İslamofobiya mövzusundan sui-istifadə edən ifrat sağçı partiyaların çox ciddi şəkildə cəmiyyətlərə zərər verdiyini ifadə edən Lukinykh: " Sağ təmayüllü siyasətçilər və partiyalar qorxu və nifrəti qızışdırır. "Kütləvi miqrasiya olacaq" hissi yaradaraq insanları provokasiya edirlər. Məncə, bunu edərək Avropa cəmiyyətlərindəki qorxunu şişirtməyə çalışırlar" deyə danışdı.

Xudaferin.eu

12:08