Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin bəyanatı

Artıq Qarabağın azad edilməsi üçün hamımız 7-dən 77-yə bir yerdə olmalı və mübarizəyə qətiyyətlə hazır olmalıyıq. Kasıbı da, varılısı da, orta statistik vətəndaşı da, Azərbaycandan kənarda olanı da bu gün vəhdətdə olmalıdır. Bu gün elə bir andır ki, hamı kin-küdurəti unudub Azərbaycan ətrafında əl-ələ birləşməlidir. Ön cəbhədə olanlara arxa cəbhədən bacardığınız qədər dəstək vermək lazımdır. Varlıların, harınlaşmış məmurların övladları xaricə qaçmamlıdır. Oğullar atalara görə cavabdehlik daşımır. Ata onları qaçırsa da, onlar özlərində güc tapıb Vətənin bu ağır günündə qardaşlarının yanında olmalıdır. Əks halda Azərbaycanın çörəyi və suyu onlara haram olacaqdır. Onlar da yeri gəlsə qazi, yeri gəlsə şəhid olmalıdır. Onlar da bu Vətənin digər övladları kimi müharibəyə hazır olmalıdır. Kimin gücü nəyə çatır o cür. İnformasiya müharibəsi çərçivəsində səfərbər olmalıyıq, kasıblara əl tutmaq, işsizlərə dəstək göstərəmək çərçivəsində əlbirlik göstərməliyik. Səhiyyə sahəsində, təhsil sahəsində.Hər sahədə. Bir sözlə, kim nə bacarırsa o cür dəstək verməlidir. Xaricdə yaşayanlar da həmçinin. Bizm xaqlın milli ruhu və döyüş əhval-ruhiyyısi çox yüksəkdir. Həm Azərbaycan vətəndaşları, həm Azərbaycandan kənarda yaşayan soydaşlarımız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda birləşmişdir.

Bizim Ali Baş Komandanımız üçün dünya üzrə bəzi qüvvələr qorxaq imici yaratmışdır. Ali Baş Komandan qələbə müharibəsi başlatmaqla bu imici öz üzərindən götürə, bütün dünyada Azərbaycanlıları qürurlandıra bilər. Azərbaycan xalqı mərd, qorxmaz, dövlətçilik ənənələri və hərb məktəbi olan qoca bir dövlətdir. Biz inanırıq ki, Qarabağ problemi Azərbaycanın sərhədlərinin bütövlüyü çərçivəsində tezliklə həll olunacqdır.

Azərbaycanı canından çox sevən Azərbaycanlılar hər zaman Vətəni üçün hər şeyə hazırdır!

Azərbaycana ZƏFƏR diləyirik. 

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti və "Xudafərin" jurnalının kollektivi şəhidlərimizə Allahdan rəhmət valideynlərinə səbir diləyir!

xudaferin.eu

17:52