Avropada Azərbaycan Diasorunun Ünlü Simalarindan biri Sahil Qasımov-- 65

Bu gün Niderlanda yaşayan dəyərli Azərbaycan Xanımı Ofeliya Babayevanın Facebookda təbrikindən bildim ki, Sahil Qasımovun 65 yaşı tamam olur. Məndə təbriklərə qoşuluram.

Uzun illər çörək kəsdiyim, uzun yol qət etdiyim, birgə fəaliyyət göstərərdiyim insanı təbrik etmək vicdan borcudur.

Amma və lakin...

Həyatımda yeganə insandır ki, ona qarşı sədaqətim, səmimiyətim, mərdliyim cavabsız qalıb...

Ona sözümü demişəm, ancaq tərəfin bir kəsı verməmişəm, o isə...

Bu barədə qürbət xatirələrimdə geniş söhbət açmışam...

Əlbəttə yaxşı cəhətləri də az deyil...Bunu qeyd etməmək ədalətsizlik olardı.

Sahil Qasımov İlhan Aşkından fərli olaraq öz millətinin qadınlarına, qızlarına namusla yanaşan, Azərbaycan övladlarına valideyin qayğısı göstərmək qabiliyyətinə malik insandır. Öz övladlarına isə nümunəvi atadır.

Faciyələrimiz üzərində özünə İlhan Aşkın kimi sərvət topladığını görməmişəm. Qanaq qarşılayıb yola salmaq qabiliyyəti hər adamda olmur, bu keyfiyyətlər onda yüksək səviyyədədir.

Avropada diaspor adı ilə ortaya düşmüş onlarca "bambılı fəalların" hamısın bir yerə yığlsa belə Sahil Qasımov qədər savadlı, qabiliyyətli, oturuşunu, duruşunun bilən ola bilməzlər.

Sadəcə Sahil Qasımov vətənpərvərlikdə nə rəhmətlik Gülşən Kazımova, nədə vətəninə sadaqət rəmzi olan Ofeliya Babayeva ola bilmədi... Əlbəttə bu mənim şəxsi qənaətimdimdir...

Bütün hallarda Avropada Azərbaycan diasorumuzun formalaşmasında Sahil Qasımovun danılmaz xidmətləri var. Necə deyərlər: "İgidi öldür, haqqını yemə."

Həmkarımı ürəkdən təbrik edirəm! Ona üzün ömür, cansağlığı, dostluqda isə sədaqət arzulayıram!

Hörmətlə: Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu

12:46