Avropa şəhərləri: Varşava – Polşanın paytaxtı və ən böyük şəhəri – FOTOREPORTAJ

Bu gün biz sizinlə Polşanın paytaxtı və ən böyük şəhəri Varşavaya səyahət edəcəyik. Varşava Avropanın müasir, gözəl, çiçəklənən və ən sürətlə inkişaf edən şəhərlərindədir, burada istənilən zövqə uyğun gəzməli-görməli yerlər tapmaq mümkündür. 
 
Şəhərın adının haradan yaranması barədə çoxsaylı versiyalar mövcuddur. Versiyalardan biri belədir: Kazimir adlı knyaz ov edərkən yolunu azır və Visla çayının sahilindəki balıqçı komalarından birinə gəlib çatır. O burada gənc balıqçının yenicə dünyaya gəridiyi Varş və Sava adlı əkizləri görür. Kazimir balıqçı ailəsini qonaqpərvərliyə görə pulla mükafatlandırır və uşaqların xaç atası olmağa qərar verir. Balıqçı isə aldığı pulla özünə ev tikir, sonra isə onun evinin yanında digər balıqçılar ev tikir, beləliklə də Varşava yaranmağa başlayır. 
 
Varşavanın əsas simvolu əlbəttə ki, Varşava su pərisidir. Onun təsvirini şəhərin gerbində görmək mümkündür. Su pərisinin şərəfinə Varşavanın bazar meydanında şəhərin memarlıq üslubuna uyğun abidə ucaldılıb.  
 
İkinci dünya Müharibəsi dövründə Varşava çox böyük zərər çəkib. Müharibə dövründə Varşavanın da daxil olduğu quberniya Nasist müstəmləkə administrasiyasının tabeliyində olan Ümumi Quberniyanın tərkibində olub. Həmin dövrdə şəhərdəki bütün ali təhsil mərkəzləri bağlanıb, şəhər əhalisinin 30%-ni təşkil edən yüz minlərlə yəhudi isə Varşava gettosuna göndərilib. 
 
İkinci Dünya Müharibəsindən sonra şəhərin bərpasına start verilib. Ancaq şəhəri bütövlüklə restavrasiya etmək mümkün olmayıb, müəyyən qədər qədim hissələr, Köhnə şəhər, Yeni şəhər və Kral küçəsi təmir edilib. 
 
Bundan başqa, restavrasiya işlərinə tarixi-memarlıq baxımından dəyərli sayılan xüsusi obyektlər daxil edilib. Bir çox tarixi binalar təmir edilib, ancaq onların əvvəlki görkəmliliyini qaytarmaq mümkün olmayıb. 
 
Modern təsəvvürlərə uyğun gigiyenik yaşayış qaydalarına və Kommunist rejimin ideoloji proqramına uyğun həyata keçirilən ağır inşaat işləri zamanı XIX əsrin sonu ХХ əsrin əvvəllərinə xas tipik Avropa memarlığı üslubunda olan tikililəri qorumaq mümkün olmayıb. Şəhər həm memarlıq, həm də şəhərtikmə planı baxımından dəyişib. Buna görə də Varşavanın mərkəzindəki restavrasiya olunmuş tarixi kompleks bir mənada keçmiş, müharibəyəqədərki Varşavanı özündə əks etdirən "ada” sayılır. 1980-cı ildə şəhərin bu hissəsi YUNESKO-nun bəşəriyyət irsinə daxil edilib. 
 
Bizim daimi oxucumuz Tereza Malek ANN.Az portalına açıqlamasında bu sözləri deyib: "Müharibəyə qədər Varşava möcüzəvi şəhər olub. Varşava o qədər gözəl və möhtəşəm idi ki, tez-tez onu ikinci Paris adlandırırdılar. Müharibə zamanı şəhərin 95%-i dağıdılıb, müharibədən sonra onun yalnız bir-iki küçəsini restavrasiya etmək mümkün olub. Hazırda şəhər yenə gözəlləşir, o yeni sifət qazanır. Varşava haqqında belə sözləri olan mahnı bəstələnib: "Warszawa da się lubić”, yəni "Varşavanı sevmək olar”. Mən öz fotolarımda bu Avropa şəhərini gözəlliyini tutmağa çalışdım ki, oxucuları onun şarmını duya bilsinlər. Varşavadan başqa, Polşada çox sayda maraqlı şəhərlər var, onların hər biri özünəməxsus  və cəzbedicidirlər. Mənim favoritlərim isə Lyublin və Krakovdur”. 
 
Varşavanın maraqlı məkanlarına misal kimi Saray meydanını, Kral qəsrini, Bazar meydanını, Krakov şəhər ətrafını, Polşa hərbi muzeyini, Karikatura muzeyini, Şopen muzeyini, Varşava Milli Muzeyini göstərmək olar. 
 
ANN.Az daimi oxucumuz Tereza Malekin Varşavadan hazırladığı fotosessiyanı oxucularına təqdim edir. 
 
Xoş seyrlər: 
 





















































































 

17:35