Avropa Parlamentindən İlham Əliyevə çağırış: Bütün siyasi məhbuslar azad edilsin
Avropa Paralemtinin bir qrup deputatı jurnalist Əfqan Muxtarlının işi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
“Azadlıq Radiosu”nun əldə etdiyi məktubda deputatlar Avropa Parlamentinin 15 iyun 2017-ci il tarixli qətnaməsinə əsaslanaraq Muxtarlının həbsini pisləyir və onun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirlər. Onlar habelə xaricdə yaşayan və işləyən azərbaycanlı jurnalsitlərinin təqibini və hədəflənməsini dayandırmağa çağırırlar.
Məktubda deyilir ki, onları xüsusilə də Muxtarlının vəkilləri Nemət Kərimi və Elçin Sadıqovun məhbusla görüşdən sonra verdikləri məlumat narahat edib. Vəkillər oktyabrın 17-si və 20-də Muxtarlıya baş çəkərkən onunla pis rəfrat edildiyi və səhhətinin pisləşdiyi barədə məlumat alıblar.
Məktubda deyilir ki, Avropa millət vəkilləri habelə Muxtarlıya yaxınları ilə görüş verilməməsinə etiraz edirlər. Bu da qeyd olunur ki, məhbus edildiyi birinci ayda ona ailəsinə bircə dəfə də zəng etmək icazəsi verilməyib. Ona yalnız məhbusluğunun üçüncü ayında qardaşı ilə görüşmək imkanı yaradılıb. Məktubda bu da bildirilir ki, diabet və ürək ağrılarından əzab çəkən Muxtarlıya təcili tibbi yardımın göstərilməsi zəruridir.
Avropa deputatları məktubun sonunda bildirirlər ki, hökumət və müxalifət arasında mehriban münasibətlər, habelə insan haqlarının müdafiəsi Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün son dərəcə zəruridir. Məktubda deyilir: “Buna görə də Əfqan Muxtarlının və bütün siyasi məhbusların azad edilməsi Azərbaycan hakimiyyətinin Avropa İttifaqı ilə əməkdaşlığa və partnyorluğa həqiqi sadiqliyini nümayiş etdirərdi”. Məktubu Avropa Parlamentinin 44 deputatı imzalayıb.

Azadliq.org
10:17
Digər xəbərlər