Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

 

Problemin regionda sülh və sabitliyin təmin olunmasına maneə törətməsi qeyd edilib
 

Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Brüsselə səfəri başa çatıb. Avropa Parlamentinin dəvəti ilə Belçikada işgüzar səfərdə olan nümayəndə heyəti sonuncu gündə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar. Görüşlərdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov iştirak ediblər. Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri xanım Anna Fotiqa ilə keçirilən görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitliyin təmin olunmasına maneə törətməsi və Avropa İttifaqının regionda sülhün təmin olunmasında daha fəal rol alması ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin AP üzvləri xanım Sandra Kalniete, cənab İvo Vayql, cənab Knut Flenkenştayn və xanım Heydi Hautala ilə də görüşlər keçirmiş, parlamentlərimiz arasında əməkdaşlığın mövcud durumu və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Xudaferin.eu
“Avropa Bürosu”

06:25