Avropa Komissiyasının vitse-prezidenti Davosda Azərbaycan prezidenti ilə görüşəcək

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç İsveçrənin eyniadlı şəhərində keçiriləcək Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə məlumat Şefçoviçin işgüzar təqvimində yer alıb.

Təqvimə görə, Şefçoviç İlham Əliyevlə yanaşı, Rusiyanın energetika naziri Aleksandr Novak, Ukrayna prezidenti Pyotr Poroşenko, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, ABŞ-ın energetika naziri Rik Perri, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşməyi də planlaşdırır.

Davos İqtisadi Forumu yanvarın 23-dən 26-dək keçiriləcək.

musavat.com

10:06