“Avropa Komissiyası xəbərdarlıq edir”, yaxud Brüsselin yeni qara siyahısı

Əfqanıstan, Pakistan, İran, İraq, Suriya, Liviya, Səudiyyə Ərəbistanı, Tunis, Yəmən, Şimali Koreya, Baham adaları, Birləşmiş Ştatların Vircin adaları, Panama, Efiopiya, Qana və Nigeriya ilə sövdələşmələr Avropa İttifaqına təhlükə törədə bilər.

Xudaferin.eu xəbər verir ki, Avropa Komissiyası tərəfindən tərtib edilən və açıqlanan siyahıya məhz bu ölkələrin adları salınıb.

Avropa Komissiyasının mətbuat xidmətindən bildiriblər ki, adıçəkilən ölkələrdə və ərazilərdə “pulların yuyulması” və terrorizmin maliyyələşdirilməsi əleyhinə mübarizə sahəsində ciddi qüsurlar var. Avropa Komissiyası bu sənəddə təkidlə Aİ ölkələrinə həmin dövlətlərdən olan fiziki və hüquqi şəxslərin, o cümlədən maliyyə təsisatlarının iştirakı ilə maliyyə əməliyyatlarının əsaslı şəkildə yoxlanılmasını tövsiyə edir.

Xudaferin.eu

15:21