Avropa İttifaqının mülki missiyası legitim xarakter daşımır
Məlum olduğu kimi, Avropa İttifaqının mülki missiyası artıq fevralın 20-dən Ermənistanda “fəaliyyətə” başlayıb. Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunur ki, missiya Azərbaycanla vəziyyətin nizamlanmasına töhfə vermək üçün yaradılıb. Təşkilatın yaydığı sənəddə deyilir ki, Avropa İttifaqı bu gün ümumi təhlükəsizlik və müdafiə siyasətinin bir hissəsi kimi Ermənistanda Avropa İttifaqının mülki missiyasını işə salır. Ermənistan ordusu Avropa İttifaqının 100 nəfərlik mülki missiyasını “atəşfəşanlıqla” qarşıladı. Yəni, missiyanın əraziyə gəldiyi günün ertəsi – fevralın 21- də Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini 15 dəfə atəşə tutdu. Mülki missiyanın nümayəndələrinin ilk müşahidəsi Ermənistan ordusunun atəşkəsi pozması oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın sərhəd ərazilərindəki istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutması mülki missiyanın diqqətindən yayınmamalıdır. Halbuki, son 30 il ərzində işğalçı ölkənin hərbi birləşmələri tərəfindən mütəmadi olaraq atəşkəs pozulur, günahsız insanlar qətlə yetirilir, yaşayış məntəqələri dağıdılır, beynəlxalq hüquq prinsipləri açıq şəkildə pozulurdu. Bütün bunlar beynəlxalq birliyin gözü qarşısında edilirdi. Hətta dünyanın ən mötəbər təşkilatları tərəfindən Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını qeyd-şərtsiz çıxarmaları barədə qətnamələr qəbul edilmişdi. Dünya birliyi bu ədalətsizliyə göz yumdu və bütün qətnamələr kağız üzərində qaldı. Nəhayət başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, yenilməz Azərbaycan Ordusu bu ədalətsizliyə 44 gündə son qoydu.
Komitə sədri deyib ki, postmüharibə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində bir sıra beynəlxalq təşkilatlar və ölkələr, xüsusilə Fransa özlərini ortalığa ataraq vasitəçi olmaq xülyasına düşüblər. “Fransa həmişə özünün ermənipərəst mövqeyini açıq şəkildə büruzə verib. 28 il ərzində ATƏT-in Minsk qrupunun tərkibində Ermənistanın işğalçılıq siyasətini legitimləşdirməyə çalışan Fransa yenə də vasitəçilik həvəsinə düşüb. Bu dəfə Avropa İttifaqının mülki missiyasının tərkibində zühur edib. Ancaq üzünü gizlətsə də, simasını gizlədə bilməz”, - deyə hüquq müdafiəçisi vurğulayıb.
Ç.Qənizadə deyib ki, Avropa İttifaqının Ermənistana növbəti missiyasının göndərilməsi ona ATƏT-in Minsk qrupunun “fəaliyyətini” xatırladıb. Sanki 28 il ərzində keçmiş Qarabağ münaqişəsinin tənzimlənməsi ilə deyil, işğalın legitimləşdirilməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu Avropa İttifaqının mülki missiyasına transfer edilib. Çünki mülki missiyanın hədəfləri Minsk qrupunun hədəfləri ilə oxşardır. Fransa Avropa İttifaqının mülki missiyasının tərkibində Cənubi Qafqaza soxularaq prosesləri idarə etmək və regionda öz mövcudluğunu təmin etmək istəyir. Bu da olduqca təhlükəli tendensiyalara şərait yaradacaq. Burada bir təəccüblü nüans da var. Söhbət əgər iki subyekt arasında münasibətlərin normallaşdırılmasından gedirsə və buraya üçüncü subyekt cəlb olunursa, bu zaman hər iki tərəfin razılığı olmalıdır. Bəs necə ola bilər ki, Avropa İttifaqı regiona uzunmüddətli missiya göndərir, ancaq bu barədə Azərbaycanla heç bir razılaşma və ya məsləhətləşmə aparılmır. Bütün bunlar Avropa İttifaqının mülki missiyasının legitim olmamasından xəbər verir. Bu isə gələcəkdə regionda gərginliyin daha da artmasına gətirib çıxaracaq.
Hüquq müdafiəçisi deyib ki, təhlükə doğuran səbəblərdən biri də mülki missiyanın tərkibində həm Fransa, həm də Almaniyanın güc strukturlarının təmsilçilərinin olmasıdır. “Mülki missiyanın tərkibində güc strukturlarının təmsilçilərinin olması bunun müşahidə deyil, hərbi missiya olmasından xəbər verir. Bəzi fransız parlamentarilər də artıq bunu etiraf edirlər. Belə olan halda, bu missiya təbii ki, regionda onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək”, - deyə Ç.Qənizadə fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu
21:40
Digər xəbərlər