Avropa İttifaqı Kataloniyanın müstəqilliyini tanımayacağını bəyan edib

 

Avropa İttifaqı Kataloniya parlamentinin müstəqillik haqqında Bəyannamə qəbul etməsinə münasibət bildirib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Kataloniynın müstəqillik elan etməsinin Avropa İttifaqı üçün heç nəyi dəyişdirməyəcəyini bidirib. O, Aİ-nin yalnız İspaniya mərkəzi hökuməti ilə əlaqələri davam etdirəcəyini söyləyib: “Bizim tərəfdaşımız İspaniya olaraq qalacaq”.

Kataloniyanın müstəqillik elanının ağır nəticələri

İspaniyanın Kataloniya Muxtar Vilayəti təktərəfli qaydada müstəqilliyini elan edib. Bu barədə yerli parlament qərar qəbul edib. Müstəqillik tərəfdarları parlamentdə səsvermə gedən zaman deputatları polisdən qorumaq üçün binanın ətrafını mühasirəyə alıblar.

rəsmi Madrid Kataloniyanın qərarına münasibət bildirib. “Hüquqi dövlət olan İspaniya Kataloniyada qanunu bərpa edəcək”. Bunu İspaniyanın baş naziri Mariano Rahoy deyib.

Baş nazir İspaniyanın bütün vətəndaşlarını sakitliyə çağırıb. Bu arada Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Kataloniynın müstəqillik elan etməsinin Avropa İttifaqı üçün heç nəyi dəyişdirməyəcəyini bidirib. O, Aİ-nin yalnız İspaniya mərkəzi hökuməti ilə əlaqələri davam etdirəcəyini deyib.
Qeyd edək ki, Kataloniyada müstəqilliklə bağlı “referendum” keçirilsədə  İspaniya hökuməti, BMT-nin üzvü olan dövlətlərin hamısı, Avropa İttifaqı və BMT referendumun nəticələrini tanımayıb.

Xudaferin.eu

"Avropa Bürosu"

 

09:26