Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır

Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə siyasi həllini tapmalıdır. 

Xudaferin.eu xəbər verir ki, bu fikirlər Avropa İttifaqı – Ermənistan münasibətləri ilə bağlı sənəddə bildirilib.

Sənəd Avropa İttifaqının rəsmi saytında dərc olunub. 

“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sülh və sabitliyə mane olur. Avropa İttifaqı əmindir ki, münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında çevik siyasi həllinə çatmalıdır. 

2003-cü ildən Avropa İttifaqının xüsusi nümayəndəsi AB ilə region ölkələri arasında dialoqun təşkili üzərində işləyir və bu ölkələrlə hərtərəfli siyasətin hazırlanmasında kömək göstərir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli üçün səylərini dəstəkləyir”, - sənəddə deyilir. 

Xudaferin.eu

13:54