AVCMK liderləri yenidən bir araya gəldilər

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin (VCMK) növbəti toplantısıı keçirilib. Toplantıda VCMK-nın Avropa İttifaqı və Azərbaycan arasında “Strateji tərəfdaşlıq haqqında” saziş üzrə danışıqların başlanması ilə əlaqədar Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin müraciəti qəbul olunub. VCMK-nın Avropa İttifaqı və Azərbaycan arasında “Strateji tərəfdaşlıq haqqında” saziş üzrə danışıqların başlanması ilə əlaqədar müraciəti 2017-ci il fevralın 6-da Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında “Strateji tərəfdaşlıq haqqında” sazişə hazırlıq üzrə danışıqlar başlayıb. Saziş 1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi (TƏS) əvəzləyəcək.

Azərbaycan Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) Aİ və Azərbaycan arasında başlanan yeni dialoqu alqışlayır. Bu dialoq ikitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsinin, müxtəlif sahələrdə demokratik islahatların aparılmasının təməlini qoyur.
Eyni zamanda da narahatlıq doğurur. Belə ki, yeni sazişdə qoyulan vəzifələr öz gələcək həllini tapmaya bilər, çünki əməkdaşlığın mühüm komponenti sayılan azad cəmiyyət Azərbaycanda formalaşmayıb. Ölkədə siyasi partiyaların, qeyri-hokumət təşkilatlarının, kütləvi kommunikasiya vasitələrinin fəaliyyəti, söz azadlığı məhdudlaşdırılıb, siyasi məhbusların sayı durmadan artır. 
TƏS-in ölkənin demokratikləşdirilməsinə dair bir çox müddəası reallaşmayıb. Bu, onunla əlaqədardır ki, inkişaf etmiş demokratik cəmiyyətlərin əsası sayılan vətəndaş cəmiyyətinin və KİV-in azad fəaliyyəti Azərbaycanda təmin olunmayıb.
VCMK bu amili nəzərə alaraq, Aİ rəhbərliyini və Azərbaycan hökumətini strateji tərəfdaşlıq haqqında yeni saziş layihəsində demokratik islahatları, qanunun aliliyini, azad vətəndaş cəmiyyətini və insan hüquqlarının müdafiəsini əsas komponent kimi götürməyə çağırır.

 

Xudaferin.eu

 

09:52