ATƏT sədri:"Həll olunmamış münaqişələrin nizamlanmasına yardım etməyə çalışacağıq"

"Həll olunmamış münaqişələrin nizamlanmasına yardım etməyə çalışacağıq".

Bunu Moldovanın başkəndi Kişnyovda keçirilən brifinqdə Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts Dnestryanı münaqişəsinin nizamlanmasına dair məsələni şərh edərkən deyib.
Federallaşma məsələsi barədə danışan Sebastyan Kurts, münaqişənin həllinə gətirib çıxara biləcək bütün təklifləri dinləməyə hazır olduğunu söyləyib. Ancaq onun fikrincə, ən doğru yol Moldovanın ərazi bütövlüyünü nəzərə alaraq, Dnestryanıya xüsusi status verməkdir.
"Münaqişə və Dnestryanı problem uzun müddətdir mövcuddur. Hesab edirəm ki, əsas məqsədləri müəyyənləşdirmək və məsələnin tez zamanda həllinin mümkün olmadığını anlamaq vacibdir", – o əlavə edib.
Qeyd edək ki, süni şəkildə dondurulmuş “etnik münaqişələr” problemi həm də Avropa Birliyi üzvü olan ölkələr üçün “Şərqi Avropaya inteqrasiya” prosesləri üçün ən böyük təhlükə qaynağı hesab olunur. Özəlliklə də, “Abxaziya”, “Güney Osetiya” (Gürcüstan), “Qarabağ” (Azərbaycan), “Dnestryanı” (Moldova) və son iki ildə Rusiya tərəfindən işğal edilmiş Ukraynanın Krım, Luqansk, Xerson və Zaporojye bölgələrinin “etnik münaqişə ocağı”na çevrilməsi Avropanın təhlükəsizliyi üçün qorxulu sayılır. Buna görə də, addım-addım bu problemlərin həlli üçün yeni proseslərin gündəmə gətirilməsi ən zəruri proses hesab olunur.  

Xudaferin.eu

10:48