ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında bir sıra görüşlər keçirilib
ATƏT Parlament Assambleyasının 21-ci qış sessiyası zamanı Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bir sıra ikitərəfli görüşlər keçirib.
Xudaferin.euAZƏRTAC-a istinadən xəbər verir ki, ilk görüş ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyəti ilə baş tutub. Görüşdə ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Nümayəndələr Palatasının üzvü Stiv Kohen və ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri, Nümayəndələr Palatasının üzvü Riçard Hadson iştirak edib. Görüşdə Azay Quliyev Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsindən sonra Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb. Yeni reallıqlar çərçivəsində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqların başlandığını və iki ölkə arasında birbaşa təyyarə uçuşlarının həyata keçirildiyini qeyd edib.
Azərbaycanla ABŞ arasında bir çox sahələrdə müsbət əməkdaşlıq təcrübəsinin olduğu, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin və yenidən qurulmasının əməkdaşlığın davamı üçün yeni imkanların yaradıldığı bildirilib. Azərbaycanın regional təhlükəsizliyinin, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli tərəfdaş olduğunu qeyd edən Azay Quliyev Azərbaycanın Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb.
Nümayəndə heyəti rəhbəri ABŞ Konqresində müəyyən antiazərbaycan dairələrin təsiri altında bir sıra qərəzli təşəbbüslərin irəli sürülməsindən narahatlığını ifadə edib, belə cəhdlərin ölkələr arasında formalaşmış etibarlı münasibətlərə kölgə saldığını bildirib. Deputat Azay Quliyev görüşdə ABŞ nümayəndə heyəti ilə ATƏT PA-çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinin vacibliyini qeyd edib.
Görüşdə iştirak edən ABŞ nümayəndə heyəti üzvləri Azərbaycanla mövcud münasibətləri yüksək qiymətləndirdiklərini bildirərək parlament nümayəndə heyətləri arasında əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıblar.
Növbəti görüş ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Norveç nümayəndə heyəti üzvü Kari Henriksen ilə keçirilib. Görüşdə deputat Azay Quliyev Azərbaycan və Ermənistan arasındakı münasibətlərin cari durumu haqda məlumat verib. 2021-ci ilin dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüş keçirdiyini diqqətə çatdırıb. Daha sonra o, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 4-də Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin vasitəçiliyi ilə videoformatda görüş keçirdiklərini xatırladıb və Ermənistanın kommunikasiyaların açılması ilə bağlı konkret öhdəlikləri götürdüyünü qeyd edib.
Deputat Azay Quliyev Ermənistan hökuməti tərəfində müəyyən müsbət addımların müşahidə edilməsinə baxmayaraq, erməni parlamentinin nümayəndələrinin çıxışlarından onların postmünaqişə mərhələsində hər hansı danışıqlara hazır olmadıqlarının aydın bəlli olduğunu bildirib. Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsindən sonra Azərbaycan tərəfindən “3+3” regional əməkdaşlıq formatının irəli sürüldüyünü diqqətə çatdırıb.
Kari Henriksen Cənubi Qafqaza səfər etməsini nəzərdən keçirdiyini bildirib, parlament nümayəndə heyətləri arasında dialoqun qurulmasının vacibliyini qeyd edib.
Azərbaycan nümayəndə heyətinin ATƏT PA-nın qış sessiyası çərçivəsində daha bir görüşü Fransa nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə baş komitəsinin Sədri Serene Moqborn ilə olub. Deputat Azay Quliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması, barışığın əldə edilməsi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh razılaşmasının imzalanması işinə başlamağa hazır olduğunu diqqətə çatdırıb. Nümayəndə heyəti rəhbəri Fransanın təşəbbüsü ilə Fransa-Aİ-Azərbaycan-Ermənistan formatının yarandığını diqqətə çatdırıb, bu format çərçivəsində fevralın 4-də keçirilmiş dördtərəfli videogörüşdən bir sıra müsbət nəticələrin əldə olunduğunu bildirib. Qeyd olunan danışıqlardan sonra Azərbaycanın humanitar prinsiplərə əsaslanaraq 8 erməni əsilli hərbi qulluqçunu qaytardığını vurğulayıb.
Hazırda 30 il ərzində Ermənistan tərəfindən qəsb edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
Seren Moqborn ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin sədri qismində Cənubi Qafqaza səfərinin nəzərdən keçirdiyini bildirib.
Bütün görüşlərdə qarşı tərəfi maraqlandıran suallara Azərbaycanın nümayəndə heyətinin rəhbəri tərəfindən ətraflı cavab verilib.
ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında bir sıra görüşlər keçirilib
ATƏT Parlament Assambleyasının 21-ci qış sessiyası zamanı Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bir sıra ikitərəfli görüşlər keçirib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, ilk görüş ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyəti ilə baş tutub. Görüşdə ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Nümayəndələr Palatasının üzvü Stiv Kohen və ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri, Nümayəndələr Palatasının üzvü Riçard Hadson iştirak edib. Görüşdə Azay Quliyev Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsindən sonra Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb. Yeni reallıqlar çərçivəsində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqların başlandığını və iki ölkə arasında birbaşa təyyarə uçuşlarının həyata keçirildiyini qeyd edib.
Azərbaycanla ABŞ arasında bir çox sahələrdə müsbət əməkdaşlıq təcrübəsinin olduğu, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin və yenidən qurulmasının əməkdaşlığın davamı üçün yeni imkanların yaradıldığı bildirilib. Azərbaycanın regional təhlükəsizliyinin, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli tərəfdaş olduğunu qeyd edən Azay Quliyev Azərbaycanın Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb.
Nümayəndə heyəti rəhbəri ABŞ Konqresində müəyyən antiazərbaycan dairələrin təsiri altında bir sıra qərəzli təşəbbüslərin irəli sürülməsindən narahatlığını ifadə edib, belə cəhdlərin ölkələr arasında formalaşmış etibarlı münasibətlərə kölgə saldığını bildirib. Deputat Azay Quliyev görüşdə ABŞ nümayəndə heyəti ilə ATƏT PA-çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinin vacibliyini qeyd edib.
Görüşdə iştirak edən ABŞ nümayəndə heyəti üzvləri Azərbaycanla mövcud münasibətləri yüksək qiymətləndirdiklərini bildirərək parlament nümayəndə heyətləri arasında əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıblar.
Növbəti görüş ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Norveç nümayəndə heyəti üzvü Kari Henriksen ilə keçirilib. Görüşdə deputat Azay Quliyev Azərbaycan və Ermənistan arasındakı münasibətlərin cari durumu haqda məlumat verib. 2021-ci ilin dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüş keçirdiyini diqqətə çatdırıb. Daha sonra o, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 4-də Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin vasitəçiliyi ilə videoformatda görüş keçirdiklərini xatırladıb və Ermənistanın kommunikasiyaların açılması ilə bağlı konkret öhdəlikləri götürdüyünü qeyd edib.
Deputat Azay Quliyev Ermənistan hökuməti tərəfində müəyyən müsbət addımların müşahidə edilməsinə baxmayaraq, erməni parlamentinin nümayəndələrinin çıxışlarından onların postmünaqişə mərhələsində hər hansı danışıqlara hazır olmadıqlarının aydın bəlli olduğunu bildirib. Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsindən sonra Azərbaycan tərəfindən “3+3” regional əməkdaşlıq formatının irəli sürüldüyünü diqqətə çatdırıb.
Kari Henriksen Cənubi Qafqaza səfər etməsini nəzərdən keçirdiyini bildirib, parlament nümayəndə heyətləri arasında dialoqun qurulmasının vacibliyini qeyd edib.
Azərbaycan nümayəndə heyətinin ATƏT PA-nın qış sessiyası çərçivəsində daha bir görüşü Fransa nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə baş komitəsinin Sədri Serene Moqborn ilə olub. Deputat Azay Quliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması, barışığın əldə edilməsi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh razılaşmasının imzalanması işinə başlamağa hazır olduğunu diqqətə çatdırıb. Nümayəndə heyəti rəhbəri Fransanın təşəbbüsü ilə Fransa-Aİ-Azərbaycan-Ermənistan formatının yarandığını diqqətə çatdırıb, bu format çərçivəsində fevralın 4-də keçirilmiş dördtərəfli videogörüşdən bir sıra müsbət nəticələrin əldə olunduğunu bildirib. Qeyd olunan danışıqlardan sonra Azərbaycanın humanitar prinsiplərə əsaslanaraq 8 erməni əsilli hərbi qulluqçunu qaytardığını vurğulayıb.
Hazırda 30 il ərzində Ermənistan tərəfindən qəsb edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
Seren Moqborn ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin sədri qismində Cənubi Qafqaza səfərinin nəzərdən keçirdiyini bildirib.
Bütün görüşlərdə qarşı tərəfi maraqlandıran suallara Azərbaycanın nümayəndə heyətinin rəhbəri tərəfindən ətraflı cavab verilib.
Elgün Niftəli
Xudaferin.eu
23:23
Digər xəbərlər