ATƏT-in Daimi Şurasında Qarabağ müzakirə olunub

 

 “Atəşkəs rejimi münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tuturdu. Halbuki, Ermənistan bundan davamlı şəkildə imtina edir. Qeyd edilənlər kontekstində, Vyana və Sankt-Peterburq görüşlərindən sonra tez-tez səsləndirilən “danışıqlar üçün münbit atmosferin yaradılmalı” olduğuna dair mövqe, əslində 1994-cü ildə tətbiq edilmiş rejimə ziddir”.

Bu fikirləri Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı ATƏT-in Daimi Şurasında keçirilən müzakirələr zamanı Daimi Nümayəndəliyin Azərbaycan təmsilçisi səsləndirirb. Bu zaman fevralın 24-25-də cəbhə xəttində baş verənlər əsas gətirilib. Bildirilib ki, substantiv danışıqlar olmadan, eləcə də atəşkəsi möhkəmləndirmək məqsədi ilə irəli sürülən tədbirlər münaqişənin nizama salınması prosesi ilə sinxronlaşdırılmadan və prosesin aidiyyəti mərhələləri ilə əlaqələndirilmədən atəşkəs rejimi davamlı ola bilməz.

“Bu rejim substantiv danışıqlar olmadan atəşkəs rejiminin effektiv şəkildə qorunub saxlanmasının qeyri-mümkünlüyünü ehtiva edir və qarşıdurma xəttindəki son vəziyyət də bu əlaqənin əyani göstəricisidir”, məlumatda qeyd edilib.

Azərbaycan tərəfi həmsədrlərin danışıqların yenidən başlanması üçün çeviklik göstərilməsi çağırışını, eləcə də BMT Baş Katibinin münaqişə ilə bağlı təxirə salınmadan substantiv danışıqlara başlamaq barəsində müraciətini alqışlayıb. Bildirilib ki, “referedum” Dağlıq Qarabağ regionun statusuna və münaqişənin nizama salınması üzrə danışıqlara heç bir təsir edə bilməz.

Daimi Nümayəndəlik ATƏT iştirakçı dövlətlərini, Minsk Qrupunu və onun həmsədrlərini Ermənistanın qarşıdurma xəttində vəziyyəti gərginləşdirən əməllərə son qoyaraq, münaqişənin davamlı həlli istiqamətində substantiv danışıqlara cəlb edilməsi üçün bu ölkəyə siyasi diplomatik təzyiq göstərməyə çağırıb.

Azadliq.org

11:30