Atletlərimiz İstanbul kuboku turnirinə qatılacaqlar

Fevralın 16-da atletlərimiz İstanbul kuboku turnirinə qatılacaqlar.

Azərbaycan Atletika Federasiyasının (AAF) mətbuat xidmətinin rəhbəri Ceyhun Hüseynov AZƏRTAC-a bildirib ki, turnirdə ölkəmizi Nazim Babayev, Teymur Salamlı, Yadulla İbrahimov, Səid Nəcəfzadə, Fəxriyyə Tağızadə, Zəkiyə Həsənova, Lamiyə Vəliyeva və Yelana Pextireva təmsil edəcəklər.

İdmançılarımız turnirdə qaçış (60m, 400m) və tullanma (üçtəkanla, uzunluğa) yarışlarında iştirak edəcəklər.

Atletlərimiz AAF-ın prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi altında mübarizə aparacaqlar.

AZƏRTAC

23:50