Astanada Mərkəzi Asiya İnnovasiyalar Günü keçirilib
Astanada “Huawei” şirkəti tərəfindən “Rəqəmsal “İpək yolu”nu tədqiq edərək” mövzusunda ilk Mərkəzi Asiya İnnovasiyalar Günü keçirilib.
Bu münasibətlə təşkil olunan tədbirdə sənaye və elm sahələrindən 100-dən çox nümayəndə, alimlər, analitiklər, KİV təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçıları informasiya-kommunikasiya texnologiyalarının inkişaf perspektivlərini müzakirə ediblər. “Huawei” şirkəti innovasiyalar, dünyaya açıq olmaq və qarşılıqlı səmərə vasitəsilə daha yaxşı rəqəmsal İpək yoluna dair təşəbbüs irəli sürüb. Mərkəzi Asiya İnnovasiyalar Günü Mərkəzi Asiyanın inkişaf potensialını öyrənmək məqsədilə keçirilib.

Xudaferin.eu
Qazaxstan, "Astana Bürosu"
10:37
Digər xəbərlər