AŞPA qış sessiyasının ikinci günündə böhran dövründə medianın rolu müzakirə olunacaq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci günü Assambleyaya vitse-prezidentlərin seçkisi ilə başlayıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, günün birinci yarısında keçiriləcək sessiyanın üçüncü iclasında belçikalı parlamentarilər Furat Ben Çixa və Kristof Lakruanın cinsi azlıqlarla bağlı hazırladıqları hesabatlar müzakirə olunacaq.
Günün birinci yarısında Bosniya və Herseqovina Prezidenti Zeljko Komşiç avropalı parlamentarilərə müraciət edəcək və onların suallarını cavablandıracaq.
Günün ikinci yarısında isə sessiya Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin və İtaliyanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibinin müşaviri Benedetto Della Vedovanın hesabatları dinləniləcək.
Bugünkü sessiyanın sonunda isveçli parlamentari Annika Enqblomun hazırladığı “Böhran dövründə medianın rolu” adlı məruzə ətrafında müzakirələr aparılacaq.

Şəhla Ağalarova
Xudaferin.eu
15:31
Digər xəbərlər