Aslan Sultani: İran seçkilərində islahatçıların qorxu kampaniyası yaxşı işlədi [Audio-
Aslan Sultani mayın 19-da keçirilən prezident seçkilərində Həsən Ruhani tərəfdarlarının təşkil etdiyi seçki kampaniyalarını “qorxu kampaniyası” olaraq qiymətləndirir. “Amerikanın Səsi” radiosuna danışan milli fəalın fikrincə, yaxşı işləyən həmin kampaniya nəticəsində əhali muhafizəkarların namizədi İbrahim Rəsinin prezident seçilməsindən qorxduğu üçün Həsən Ruhaniyə səs verdi.
Aslan Sultani deyir: “Bu seçkilər keçmişdəki seçkilərə görə bir az fərqli idi. Lakin Həsən Ruhani yenə də İranda prezidentlərin iki dövr ard-arda seçilməsi ənənəsinə uyğun olaraq prezident seçildi.”
Türk faəlın fikrincə, İranda keçirilən seçkilərin nəticələrini dəyərləndirərkən, İslam Respublikası tərəfindən açıqlanan rəqəmlərin həmişə şübhəli olduğunu nəzərdə tutmaq lazimdir: “Mən 1997 seçkilərində islahatçıların ölkəni daha yaxşı idarə edəcəyinə və Azərbaycanın haqlarına diqqət yetirəcəyinə ümidvar idim. Onlara qoşulmuşdum və özüm də səs verdim. Amma, indi nəticə ortadadır. İranda bütün seçkilərdə saxtakarlıq olur. Ən azından 2009-cu ildə keçirilən seçkilərdə baş verən saxtakarlığı açıq və aydın görmüş olduq. Şəxsən bunların açıqladığı nəticələrə və verdikləri rəqəmlərə inanmıram. Biz öncə bunu nəzərə almalıyıq. Mən onların seçkilərdə iştirak edənlərə dair verdiyi 40 milyon rəqəminin də şişirtmə olduğunu düşünürəm.”
O, əlavə edir: “Açıqladıqları rəsmi rəqəmlərə görə, 16 milyon əhali seçkilərdə iştirak etməmişdir. Halbuki, dövlət və media iştirakın yüksək olması üçün çox çalışmışdı. Qorxu kampaniyası təşkil etmişdilər. Yəni, [Ruhani seçilməsə] İbrahim Rəisi gələcəkdir deyərək əhalini qorxutmuşdular.”
Aslan Sultani işarə etdiyi bu qorxu kampaniyasının əhali arasında yaxşı işlədiyini ifadə edir: “Mən şəxsən danışdığım insanlardan aldığım təəsürat bu idi ki, insanlar həqiqətən qorxmuşdular. Yaxından izləyirdim. Seçkilərdə Ruhaninin qələbə qazanması insanların islahatçıları istədiyi üçün yox, muhafizəkarlardan qorxduğu nəticəsində oldu,” deyə o söyləyir.
Sultani İranda seçkilər yolu ilə bir dəyişikliyin baş verəcəyini gözləmədiyini deyir: “1997-ci ilin seçkilərində islahatçıların dəstəklədiyi Məhəmməd Xatəmi Natiq Nuriyə qarşı namizəd olmuşdu. O seçkilərdə islahatçıların ölkəni daha yaxşı idarə edəcəyinə, daha yaxşı tərəfə çəkəcəyinə və Azərbaycanın haqlarına diqqət yetirəcəyinə ümidvar idim. Onlara qoşulmuşdum və özüm də səs verdim. Amma, indi nəticə ortadadır. Gördük ki, belə bir şey yoxdur və İran islah ediləcək bir dövlət deyil. İran konstitusiyasında Vəli-Fəqihin (ali ruhani lider) çox üstün səlahiyyətləri vardır. O, məclisin də hökümətin də qərarlarını ləğv edə bilər. Hətta 2009-da olduğu kimi seçkilərin nəticəsini də dəyişdirə bilər...”
Türk fəallar və Güney Azərbaycan Milli Hərəkatının ən çox nüfuza sahib olduğu Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri əhalisinin seçkilərdə ən az iştirak etdiyi vilayətlər arasında olublar. Sultaninin fikrincə, milli fəalların media imkanları olsaydı, bu vilayətlərdəki iştirak səviyyəsi daha aşağı ola bilərdi.

Amerikaninsesi.org
10:56
Digər xəbərlər