Asim Mollazadə: Ermənistanda bəzi qüvvələr sülhün qarşısını almaq istəyirlər
Laçın-Xankəndi yolunda heç bir blokadadan söhbət gedə bilməz. Hamı çox gözəl görür ki, həm Xankəndi, həm də Ermənistan istiqamətində - Rusiya sülhməramlı qüvvələrinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri hərəkət edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə söyləyib.
"Söhbət ekofəalların aksiyasından, Azərbaycan təbiətinin qorunmasından gedir. Lakin bunu Ruben Vardanyan kimi cinayətkarlar dünyaya haray çəkərək, azərbaycanlıların erməniləri guya ki, “blokada”ya saldıqlarını söyləyərək yalan məlumatlar yayırlar. Məqsəd isə Vardanyanın hakimiyyətə gəlmək istəyidir", - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Ermənistanda bəzi qüvvələr oyunlar oynayaraq sabitliyi pozmaq və sülhün qarşısını almaq istəyirlər. Bu oyunlar ifşa edilməli, kriminal hərəkətlərə görə sanksiyaya uğramış Vardanyana isə beynəlxalq səviyyədə cəzalar müəyyən olunmalı və araşdırmalar davam etməlidir. Çünki çirkli pulları yuyan Vardanyan kimi oliqarxlar əslində bu vəsaitləri siyasi korrupsiya istiqamətində xərcləyirlər və Azərbaycana qarşı çirkli kampaniya aparırlar.

Xudaferin.eu
22:41
Digər xəbərlər