Arif Məmmədov: Milli Fond

 

Dəyərli oxucularımız! Bundan sonra, “XUDAFERİN.EU” bundan sonra, Azərbaycan dövlətçiliyinin inkişaf yolu ilə ilgili mütəxəssislərin fikir və düşüncələrini, təkliflərini gündəmə gətirməyi planlaşdırmışdır. Azərbaycan cəmiyyəti ona görə avtoritar bir düzəndə yaşamağa məhkum edilmişdir ki, təkqütblü siyasi rejim 23 ildir heç bir alternativ düşüncəni qəbul etməmişdir. Yaxşı bir atalar sözümüz var: “SU BİR QABDA ÇOX QALANDA KƏSAFƏT QOXUSU VERƏR”. Azərbaycan cəmiyyəti min dəfələrlə təəssüflər olsun ki, bu gün həmin durumu yaşamaq zorunda qalıb. İlk addım olaraq, ünlü diplomat, politoloq Arif Məmmədovun fikir və təkliflərini gündəmə gətirməyi düşündük. O, uzun müddət Avropa Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurasında daimi nümayəndə, “İslam Əməkdaşlıq Təşkilatı”nın Avropa Birliyinin yanında nümayəndəliyin ilk rəhbəri kimi çox mühüm görəvlərdə çalışıb. Bir mütəxəssis kimi onun fikir və görüşləri, təklifləri Azərbaycan iqtidarı tərəfindən qəbul edilmədiyi üçün könüllü olaraq tutduğu bütün görəvlərindən istefa verən ilk diplomatdır. Onun təklifləri əslində Azərbaycan dövlətinin demokratik bir düzənlə inkişafı, sosial-iqtisadi proseslərin ədalətli şəkildə idarə olunması, dövlətin deyil, xalqın dövlətin yaşatması ideyasının ilk müəlliflərindən biri olub. Çox təəssüflər olsun ki, YAP iqtidarının Azərbaycanı uçuruma apardığını ilk deyənlərdən biri olan Arif Məmmədovu “topa tutmaq”la indi üzləşdiyimiz ağır iqtisadi-sosial böhranlar, dəhşət saçan kasıbçılıq, dilənçilikdən betər bir duruma düşməyimizi YAP hakimiyyəti hələ də qəbul etmək istəmir. Arif Məmmədov bütün bunları nəzərə alaraq, yeni ideyalarını cəmiyyətlə bölüşməyi qərara aldı.   

Azərbaycanın bütün təbii sərvətlərindən (neft, qaz, qızıl, qiymətli metallar və. s) hər il ən azı 10 faiz gəlir Milli Fondda yerləşdirməlidir. Beləliklə də bu faiz ildən- ilə artmalıdır. Hər bir Azərbaycan vətəndaşının bu fondda faizi olmalıdır və o hər zaman öz hissəsinə nəzarət etmək imkanına malik olmalıdır.

Fonddakı vəsaitlər :
-Ödənişsiz təhsilə,
-Xaricdə təhsil almaq üçün dövlət programına,
-Tibbi sığortanın böyük hissəsinin ödənilməsinə,
-Yoxsulluğun garşısının alınmasına və digər vətəndaşların tələblərini ödəyə biləcək istiqamətlərə və eyni zamanda mümkün təbii fəlakətlər nəticəsində dəymiş zərərin fəsadlarının qarşısını almağa yönəldilməlidir.
Gənc ailələr bu fonddan ildə 2-3% illik ödənişlə hipoteka krediti götürə bilər.
Kənd təsərrüfatı sahəsində də kreditlərin faizi 1-3 % dən çox olmamalıdır.
Digər iş adamları iş qurmag (kiçik və orta şirkət) məqsədilə Fonddan illik 3-5 % kredit götürə bilərlər. Əlavə iş yerləri yaradan iş adamları və innovativ texnologiyalar üzrə layihələr həyata keçirmək istəyən fiziki şəxslər ücün faiz daha aşağı ola bilər.
Fondun rolu yalnız faizlərdən gələn gəlirlər və digər əməliyyatlar barədə xalqı məlumatlandırmaq olmalıdır. Fondun vəsaitləri şəffaf olmalı və ona tanınmış iqtisadçılardan, alimlərdən ibarət Şura nəzarət etməlidir. Hər bir vətəndaşın Fondun vəsaitləri və xərcləri barədə məlumata elektron çıxışı olmalıdır.

08:36