Arçil Talakvadze: Regionun təhlükəsizliyində Azərbaycanın və Gürcüstanın müstəsna rolu var
Azərbaycan və Gürcüstan regionun təhlükəsizliyinin təmin olunması sahəsində çox səmərəli əməkdaşlıq edirlər. Biz inamla deyə bilərik ki, Cənubi Qafqazın təhlükəsizliyində Azərbaycanın və Gürcüstanın müstəsna rolu vardır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arçil Talakvadze söyləyib.
“Təhlükəsizlik sahəsində əməkdaşlığımız sadəcə ölkələrimizin deyil, bütün regionun təhlükəsizliyi deməkdir. Çox yaxşı haldır ki, Avropa və beynəlxalq təşkilatlar da təhlükəsizlik yönündə öz xidmətlərini göstərməkdədirlər”, - deyə A.Talakvadze vurğulayıb.
O deyib: “Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətlərimiz qlobal təhlükəsizlikdə mühüm rola sahib ola bilmək üçün maksimal dərəcədə çalışırlar. Bizim sadəcə özümüz üçün deyil, bütün region üçün olduqca əhəmiyyətli bir çox ortaq və gələcəyə yönəlik layihələrimiz vardır. İnanıram ki, xalqlarımızın da dəstəyi ilə bu layihələri uğurla həyata keçirəcəyik”.

Xətayi Əzizov
Xudaferin.eu
15:56
Digər xəbərlər