Araşdırma şirkətinin rəhbəri: Azərbaycan Türk dünyasının aparıcı dövlətlərindən biri kimi mövqeyini möhkəmləndirib
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq son illərdə tarixi bağlar, geosiyasi zərurətlər və Türk Dövlətləri Təşkilatının (TDT) təsiri ilə nəzərəçarpacaq dərəcədə güclənməkdədir. Enerji və nəqliyyat sahələri bu yaxınlaşmanın əsas mərkəzində dayanır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Genar” Araşdırma Şirkətinin rəhbəri İhsan Aktaş bildirib.
O bildirib ki, Qazaxıstan və Türkmənistan neftinin Bakı–Tbilisi–Ceyhan xətti vasitəsilə daşınması, Türkmənistan qazının svop mexanizmləri ilə Azərbaycana ötürülməsi və Xəzər dənizindən keçən enerji dəhlizlərinin Avropaya çıxışı regional enerji təhlükəsizliyini artıran əsas addımlar sırasındadır. Bununla yanaşı, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər keçişli logistika xətləri Orta Dəhlizin əhəmiyyətini artıraraq Azərbaycan ilə Mərkəzi Asiya arasında ticarət və strateji əlaqələri möhkəmləndirir.
“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi təkcə Mərkəzi Asiya regionunun daxili dinamikasına deyil, həm də Cənubi Qafqazın geosiyasi balansına birbaşa təsir göstərən strateji addımdır. Cənubi Qafqaz tarixən Mərkəzi Asiya ilə Anadolu və Qara dəniz hövzəsi arasında keçid zonasının rolunu oynadığı üçün Azərbaycanın bu formata daxil edilməsi onun iki region arasındakı siyasi və iqtisadi körpü funksiyasını daha da gücləndirir. Orta Dəhlizin Qafqazdan keçməsi, enerji və logistika xətlərinin Azərbaycan ərazisindən Avropaya uzanması və Cənubi Qafqazda sülh prosesinin sürətlənməsi Azərbaycanın yeni statusu ilə daha inteqrasiya olunmuş və koordinasiyalı regional arxitekturanın formalaşmasına şərait yaradır. Bu inkişaf həm Mərkəzi Asiya, həm də Qafqazın qərar qəbuletmə mexanizmlərini yaxınlaşdıran və Türk dünyasının geostrateji uzlaşmasını gücləndirən bir struktur ortaya qoyur",- deyş Aktaş vurğulayıb.
Ekspert əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qatılması bundan sonra bu format çərçivəsində keçirilən lider zirvələrində – yəni dövlət başçıları səviyyəsində məsləhətləşmə toplantılarında iştirak edəcəyi mənasını daşıyır. Bu, Mərkəzi Asiya dövlətlərinin ənənəvi olaraq ildə bir dəfə keçirdiyi zirvə görüşlərində (məsələn, “beş dövlət + Azərbaycan” formatında) iştirakını təmin edir. Bu toplantılarda iqtisadi inteqrasiya, infrastruktur layihələri, təhlükəsizlik və ətraf mühit sahələrində strateji qərarlar müzakirə olunacaq.
Bununla yanaşı, bu tamhüquqlu üzvlüklə Azərbaycanın Mərkəzi Asiya əməkdaşlığını institusional səviyyədə möhkəmləndirmək məqsədi daşıyan təşəbbüslərdə (məsələn, “Mərkəzi Asiya Birliyi” ideyası) daha fəal rol alması gözlənilir. Bu çərçivədə Azərbaycan xarici işlər nazirləri toplantıları, işçi qrup iclasları, infrastruktur və ticarət inteqrasiyası layihələrini izləyən yüksəksəviyyəli görüşlər kimi çoxsaylı alt-formatlarda söz sahibi ola bilər.
"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünə iştirakçı kimi qoşulması ölkənin Cənubi Qafqazdakı mövqeyini daha çox regional mərkəzə çevirir. Çünki Azərbaycan artıq təkcə Cənubi Qafqazdakı siyasi proseslərin iştirakçısı deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında uzanan enerji, ticarət və nəqliyyat dəhlizlərinin strateji qovşağıdır. Bu vəziyyət Bakının regional çəkisini artırmaqla yanaşı, Gürcüstan və Türkiyə ilə birgə reallaşdırdığı Orta Dəhliz layihələrini daha güclü geosiyasi zəminə oturdur. Beləliklə, Azərbaycan Cənubi Qafqazda sabitliyi təşviq edən, iqtisadi əlaqələri dərinləşdirən və regionun Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu gücləndirən aparıcı aktora çevrilir.
Digər tərəfdən Azərbaycanın Mərkəzi Asiya formatına daxil olması Cənubi Qafqazdakı güc balansında onun müstəqil və çoxşaxəli xarici siyasət imkanlarını artırır.
Beləliklə, görüşlər artıq “beş dövlət + Azərbaycan” formatında həyata keçirilir və Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və logistika körpüsündə mərkəzi rol oynayır. Bu vəziyyət ölkənin həm regional, həm də qlobal geosiyasi çəkisini artıran çoxölçülü inteqrasiya prosesini ifadə edir.
İnkişaf edən iqtisadiyyatı, güclü ordusu və geniş beynəlxalq əlaqələri sayəsində Azərbaycan Türk dünyasının aparıcı dövlətlərindən biri kimi mövqeyini möhkəmləndirib, TDT-nin əsas aktorlarından birinə çevrilib. Bu mövqe onun həm Cənubi Qafqazda, həm də Türk dünyasında təsir gücünü mərhələli şəkildə artırmağa davam edəcək",- deyə Aktaş fikrini yekunlayıb.

Xudaferin.eu
13:50
Digər xəbərlər