Aral gölü 90 faiz kiçilib, ona görə...

Dünyanın ən böyük ətraf mühit təhlükələri arasında göstərilən Aral Gölü üçün Özbəkistan hökuməti hərəkətə keçib. 2017-2021-ci illərdə Aral Gölü Hövzəsini Yeniləmək üçün Dövlət Proqramı Özbəkistan prezidenti Şevkat Mirziyoyev tərəfindən imzalanıb. 2,6 milyard dollar ayırdığı layihə çərçivəsində Aral bölgəsində həm də 100 mindən çox adam işlə təmin olunacaq.

Bölgədə infrastruktur sisteminin müasirləşdirilməsi işləri üçün 670 milyon dollar, səhralaşmanın qarşısının alınması və su mənbələrinin səmərəli istifadəsi üçünsə 360 milyon dollar ayrılıb. Dövlət Proqramına əsasən fevral ayından başlayaraq Aral Gölü hövzəsindəki təqaüdçü, əlil və az təminatlı vətəndaşlara da ödənişli ictimai yardım ediləcək. Bölgədəki Körpələr Evi və Uşaq Evlərində çalışanların isə minimum əmək haqqı 2-5 dəfə arası artacaq.
Qeyd edək ki, dünyanın ən böyük 4-cü gölü olan Aral ötən əsrin 60-cı illərindən etibarən qurumağa başlayıb, 90 faiz kiçilərək ikiyə bölünüb və sahilindən 170 kilometr geri çəkilib. Dünyanın ən böyük ətraf mühit təhlükələri arasında göstərilən Aral Gölünün geri çəkilməsi 54 min kvadrat kilometr sahədə yaranan duzlu qum və küləklə birlikdə bölgəni böyük fəlakətlə üz-üzə qoyub: bölgədə xəstəlik və körpə ölümlərinin sayı artıb.
Qeyd edək ki, Aral Gölünün katastrofik durumda olmasının bütün günahları keçmiş Sovetlər Birliyinin yalnış siyasəti nəticəsində görə baş verib. Bu gölün sayəsində Orta Asiyanın Özbəkistan və Türkmənistan dövlətlərinin kənd təsərrüfatı sektorunun su ilə təchiz olunnmasında ğnəmli rolu vardır.

Xudaferin.eu  

11:25