Aqşin Ağkəmərlinin yeni kitabı

 

“Elm və Təhsil” nəşriyyatında “Tehran Mişov Mədəniyyət Dərnəyi”nin rəhbəri, Tehran Universitetinin Azərbaycan Türk dili və tarixi kafedrasının müəllimi, şair Aqşin Ağkəmərlinin “Öpdüm Arazı” kitabı çapdan çıxıb.

“Dənizdən bir damla”, “Dondurmaçı”, “Bizi yaşadan tarix”, “Söyüd ağacı”, “Şəngül, Məngül”, “Kibritçi qız” kitablarından sonra müəllifin oxucularla yeddinci görüşü olan bu topluda son dövrlərdə yazdığı şeirləri toplanıb.

Kitabda şairin yurd, Vətən eşqi, xalqının mənəvi dəyərlərinə hörmət, taleyinə, millətinə, dilinə ehtiramı əks olunub. Müasir ədəbi məkanda özünəməxsus mövqeyi olan şairin “Öpdüm Arazı” kitabının fevralın 28-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdimatı keçiriləcək.
Qeyd edək ki, şair, publisist, folklorçu alim kimi tanınan Aqşin Ağkəmərli illər boyu Güney Azərbaycanın maddi mədəniyyətini sadəcə Arazın o tayında deyil, həm də Quzey Azərbaycanda tandılması kimi böyük zəhmət çəkən yursevər bir insandır. Onun şeirləri demək olar ki, vətənimizin hər iki tayında hər zaman sevilə-sevilə oxunur.

Xudaferin.eu

 

08:53